Qərblə Rusiyanın "savaş"ı Azərbaycanı gücləndirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qərblə Rusiya arasındakı indiki geosiyasi böhranın səbəbləri yeni deyil. Postsovet məkanını Rusiya öz təsir ərazisinə çevirməyə çalışır. ABŞ və Avropa Birliyi isə sabiq Sovetlər Birliyi ölkələrinin hər birinin hansı təşkilata qatılmaq və ya hansı ölkəni müttəfiq görmək seçimində tam azad olduqlarını vurğulayır.
Ukraynanın sərhədlərinə qoşunların yığılması və Kiyevə hədələr ünvanlanması Rusiyaya Qərblə ən yüksək səviyyədə dialoq qurmağa imkan verdi. Rusiya prezidenti Vladimir Putin faktiki olaraq qlobal geosiyasətin gündəminə dönərək Qərbi Moskva ilə siyasi müzakirələrlə potensial sövdələşməyə vadar edib.
Qərb yeni səhvlər edir və düşünür ki, Rusiyaya təzyiqlərin artması, sərtləşməsi Moskvada hakimiyyət dəyişilikliyinə səbəb olacaq, liberallar hakimiyyyətə gələcək və Rusiya da Qərbin bütün şərtlərini qəbul edəcək. Qorbaçovun "perestroyka"sı dönəmində belə olmuşdu. Rusiya Şərqi Avropada təsir imkanlarını əldən vermiş, əsrlər boyu savaşlarla qazandığı mövqeləri Qərbə bağışlamışdı. Amma cəmi on il sonra Rusiyanın liberal hakimiyyəti yerini soyuqqanlı, praqmat iqtidara verdi, Qərblə qarşıdurmaya qayıtdı.
Təbii, Qərbin, xüsusilə də ABŞ-ın sanksiyaları və embarqoları Rusiya iqtisadiyyatına ağır zərbələr vurdu. Amma Rusiya sanksiyalar sinə gərdi.
4 il əvvəl ABŞ, Kanada, Avstraliya, Norveç və Avropa İttifaqının bəzi ölkələri Rusiyaya qarşı meyvə-tərəvəz, ərzaq məhsulları sahəsində də sanksiyalar tətbiq etmişdi.
Rusiya da cavab sanksiyalarına əl atdı və nəticədə idxalında Qərbin həmin dövlətlərini başqa ölkələrlə əvəzlədi.
International Trade Centre-in son hesabatına görə, 2014-cü ildə Rusiya xarici ölkələrdən 5,4 milyard dollarlıq meyva idxal etmişdi. İdxalda əsas yerləri Ekvador, Türkiyə, Çin, Polşa və İspaniya tuturdular.

Ötən il isə idxal 5,2 milyard dollar həcmində olub. Rusiyaya meyvə satışında ilk yerlərdə Ekvador, Türkiyə, Çin, Azərbaycan və Misir olublar.
2021-ci ildə Rusiyanın idxal etdiyi 1,92 milyard dollarlıq tərəvəzin satıcıları arasında isə lider ölkələr Çin, Azərbaycan, Belarus, İsrail və Misirdir.
Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların fasiləsiz ağırlaşması gözlənilən effekti verməyib, çünki Moskva idxal sahəsində alternativləri tapıb.
Situasiya Azərbaycanın da xeyrinədir, çünki Rusiyaya meyvə-tərəvəz satışında lider mövqelərə malikik.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Dünya bazarında neft bahalaşdı
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)





