İqtisadiyyat

Qazaxıstandakı vəziyyət bitkoinu ucuzlaşdırdı

6 Yanvar 2022 08:43
0 Şərh     Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstandakı vəziyyət fonunda bitkoinin qiyməti 44,15 min dollara düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Bitcoin" gün ərzində 46,99 min dollar qiymətinə satılıb, lakin günortadan sonra ucuzlaşmağa başlayıb.

Bütün dünya kriptovalyuta hasilatı potensialının təxminən 18%-i Qazaxıstanda cəmləşib. Kriptovalyuta ilə bağlı hər hansı fəaliyyət ÇXR-də qeyri-qanuni kimi tanındığından, kriptovalyuta mədənçiliyi üçün təxminən 90 min kompüter Çindən bu ölkəyə köçürülüb.

Qazaxıstanda baş verən etiraz və iğtişaşlar dünyada bitkoin istehsalının 12% azalmasına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.