Mədəniyyət

Muğam Mərkəzində “Bizi birləşdirən mədəniyyət” layihəsinin qonağı Xalq artisti Teyyub Aslanov olub

15 İyun 2020 14:06
Baxış: 2 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzindən "Bizi birləşdirən mədəniyyət" layihəsi çərçivəsində canlı yayımlar davam etməkdədir. Canlı efirin 10 iyun tarixindəki buraxılışı Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin Muğam kafedrasının müdiri Teyyub Aslanovun yaradıcılığna həsr olunub.  Xanəndə canlı efirdə həmkarları Əməkdar artistlər Əliağa Sədiyev(tar), Toğrul Əsədullayev(kamança) və Kamran Kərimovla(nağara) birgə qonaq olub. Verilişdə xanəndə həyat və yaradıcılıq yoluna nəzər salınıb, sənət səhifələri vərəqlənib. Xanəndə veriliş boyu sənətə gəlişi, ona dərs deyən görkəmli xanəndələr və pedaqoqlarla bağlı xatirələrini bölüşüb. Canlı efirdə Teyyub Aslanovun pedaqoji fəaliyyəti, yetişdirdiyi tələbələrlə bağlı məlumatlara da geniş yer ayrılıb. Teyyub Aslanov eyni zamnda bu gün muğam sənətimizə dövlətin qayğısını xüsusi vurğulayıb. Bildirib ki,  Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın  muğama olan diqqət və qayğısının nəticəsində muğam sənəti bu gün özünün ən yüksək inkişaf dövrünü yaşayır. 

Canlı efirdə xanəndə yeni repertuarla çıxış edib. Proqramda "Mahur təsnifləri" silsiləsindən parçalar, həmçinin bəstəkar mahnıları da yer alıb.

Qeyd edək ki, "Bizi birləşdirən mədəniyyət" layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin "Facebook" səhifəsindən də təqdim edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.