Mədəniyyət

Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti

18 İyun 2019 18:05
0 Şərh     Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konsert proqramı keçiriləcək.

Milli.Az xəbər verir ki, ansamblın bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifovdur. Gecədə Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova iştirak edəcək. Konsertdə orta əsr və bəstəkar musiqiləri, xalq mahnıları və şərq musiqiləri səsləndiriləcək.

Saat 20:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-30 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə telefonu: (012) 441-21-31

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.