Mədəniyyət

“Bəlkə də, özümə başqa sənət tapsaydım, daha yaxşı olardı” - Rasim Balayevlə görüşdə izdiham - FOTO

18 May 2019 10:09
7 Şərh     Baxış: 2 442

Dünən Bakı Kitab Mərkəzində Xalq artisti Rasim Balayevlə görüş keçirilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məşhur aktyor yığıncaqda pərəstişkarları ilə ünsiyyətdə olub, onların suallarını cavablandırıb. Tədbirə Xalq artistləri Fəxrəddin Manafov və Mehriban Zəki də qatılıb. 

R. Balayev, əvvəlcə görüşə gələn hər kəsə təşəkkürünü bildirib, Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin "Nəsimi ili" elan olunması barədə danışıb. 

Bundan əlavə, kino ulduzu məşhur "Nəsimi" filminə çəkilməsindən söhbət açıb: "Nəsimini əvvəllər tanımırdılar. Orta məktəbdə çox az sayda şeir və qəzəllərini şagirdlərə təqdim edirdilər. Nizami, Füzulini daha geniş tanıyırdıq, nəinki Nəsimini... YUNESKO-da ulu öndərin iştirakı ilə Nəsiminin yubileyi keçirildi. Çoxlu tədbirlər oldu və bu yığıncaqda rəssamlar öz fotolarını təqdim etdilər, kitablar işıq üzü gördü və s. Nəhayət ki, "Nəsimi" filmi çəkildi. Deyilənə görə, uğurlu alınıb.  Bu mənlik deyil, kollektivin uğurlu işindən irəli gəlir. Mən də onlardan biriyəm, özümü xoşbəxt sayıram. Mən 5 filmə yoxlanmışdım, rejissorlar demişdilər ki, üzüm ekrana düşmür. Eşitmişdim ki, "Nəsimi" filmində məşhur və təcrübəli aktyorları çəkəcəklər. Mənim üçün ağlasığmaz bir şey oldu.

Filmdə rol almağımı təsdiq etdilər. Əvvəlcə, inanmadım, qorxmağa başladım. Fikirləşdim ki, kinoda epizodik bir obraz olsaydı, oynayardım, zəif alınsa da, gözə çarpmayacaqdı. Ya bu rolun üstündən gəlib uğur qazanacaqdım, ya da özümə başqa sənət tapacaqdım. Bəlkə də,özümə başqa sənət tapsaydım, daha yaxşı olardı (gülür). Dediyim odur ki, o vaxtlar aktyorların arzusu idi. Amma Nəsimini oynamaq mənim  qismətimə düşdü. Neçə ildir ki, bu film yayımlanır, hələ də baxılır. Bu kinodan sonra xeyli valideynlər oğlanlarının adını "Nəsimi" qoydular. Üstündən illər keçdi, keçən il 3 gün Nəsimi poeziyası günləri oldu. Bu il isə prezidentimiz "Nəsimi ili" elan etdi. Bir daha Nəsimin təbliği başlandı". 

Görüşdə "Rejissor olsaydız, Nəsimi roluna kimi çəkərdiz?"- sualına isə R. Balayev belə cavab verib: "Çox çətin sualdır. Birincisi, mən heç vaxt rejissor olmayacam. Əgər olsaydım, yəqin ki, özümü çəkərdim (gülür). Ona görə də, yaxşı ki, rejissor olmamışam". 

Daha sonra aktyora həmkarı Fəxrəddin Manafovla eyni layihədə rol alması barədə sual ünvanlanıb. 

Söz alan F. Manafov rejissor Ayaz Salayevin belə bir layihəsinin olduğunu bildirib:

"Mən Azərbaycanda iki insana "dədə" deyirəm.  Biri Fuad Poladov, digəri isə Rasim Balayevdir. Onlar zirvədədirlər, əlçatmazdılar.  Mən isə əlçatanam. 10 il Azərbaycanda yaşamadım, Sovet dövründən Azərbaycan dilində çəkilən filmin səsləndirilməsini Rasim Balayev edib. Bundan əlavə, rejissor Ayaz Salayevin bir  layihəsi var idi. Çox təəssüf edirik ki, Fuad Poladov dünyasını dəyişdi. Ayaz məni, Rasim Balayev və Fuad Poladovu bir filmdə çəkmək istəyirdi. Artıq ssenarini bitirib. Heyif ki, Fuad bizi qoyub getdi. Ola bilsin ki, A. Salayev bizim ikimizi bir araya gətirmək barədə fikirləşər". 

R. Balayev isə rejissorlardan təklif gözlədiyini qeyd edib: "Bunu rejissorlar fikirləşməlidir. Mənə xoşbəxtlik qismət olub ki,  Fəxrəddin Manafovla bir-iki dəfə tərəf müqabili olmuşam.  Bu, bizim yox, ssenaristin və rejissorun işidir. Biz isə aktyorlarıq". 

Rasim Balayev Azərbaycan kino və serial aləmində olan bayağılıqdan söhbət açıb: "Mən politoloq, sosioloq deyiləm, amma çox narahatam. Neçə ildir teatr və kino sahəsində durğunluq var. Doğrudan da, baxırsan ki, nəzərə çarpacaq obrazlar yaranıb. Bunun çox səbəbləri var. Hər zaman demişəm ki, bu gün Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində (AMİU) seçimlər düzgün aparılmır.  Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyasında, sənətlə məşğul olan məktəblərdə bir başqa imtahanlar olmalıdır. Bu mənim subyektiv fikrimdir. Əsas istedad, sənət götürülməlidir.

Bir dəfə məni çaşıb qəbul komissiyasına çağırdılar, daha sonra bir də ora məni buraxmadılar. Görünür ki, mən orda iradlar bildirdim, bu isə çoxlarının xoşuna gəlmədi. Elə oldu ki, qəbulda bir neçə şağirdə baxdıq, düşündük ki, ondan aktyor olar. Daha sonra məlum oldu ki, test imtahanından kəsilib.  Belə bir anlar olur. Əksəriyyəti başqa ixtisas üzrə təhsil almaq istəyir, az bal toplayırlar, aktyorluğa yönləndirirlər.  Dediyim odur ki, insanın istedadına tam bələd olub peşəyə daxil olmalıdır". 

Xalq artisti qeyd edib ki, aktyorun yeri teatrdır: "Arada Rusiya istehsalı olan qəzetlər oxuyuram. Orada aktyorlar müsahibə verirlər. Deyirlər ki, kino onlar üçün vacib deyil, əsas teatrdır. Mən onlara pərəstiş edirəm. Görün,  nə gözəl deyirlər. Yaxşı teatr ola, əsl sənət göstərlər. Sən də orada işləyəsən. Arada da populyarlıq və pula görə kinoya çəkiləsən. Amma bizdə də pul verən yoxdur (gülür). Mən istəyərdim... İllər keçdi, bir az cılızlaşma getdi. Teatrlarda istədiyim repertuarlar olmadı". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    asi · 18 May 10:1791

    Bəzən zamanın tələbinin, tələb etdirəninin acığına və əksinə getmək, inad etmək gərəkdir..Istər Rasim bəy, istər də tək-tük qalan digər sənətkarlarımızı sevməklə cvb vermək lazımdı, qızıl kimi sənətkarlarımızı okeanın dibinə çökürdüb, özləri ucuz yağ kimi suyun səthinə yayılanlara...

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 May 10:3490

    Belkede evezolunmazlari evez edib yerin doldurmaq isteyerler. amma tekrarolunmaz insanin tekrari mumkun deyil Rasim Baleyev tekrar olunmaz Senetkardi şəxsiyyetdi her terefli.İster savad , istedad , edeb-erkan her biri bu insanda cemlesib Allah ömür versin senetkara.. Yarpak yarpak itiririk.

    Cavab yaz
    • Anonim
      Araz · 18 May 13:3102

      Özünüzdən yaşlı bir insanın ədəb ərkanını necə qiymətləndirirsiniz, çox maraqlıdır

      Cavab yaz
  • Anonim
    Araz · 18 May 10:4260

    Rasim Balayevlə şəkil çəkdirmək üçün onun üstünə az qala hamı birdən "hücum çəkdi". Onun yaşlı və səhhətində problemlər olduğunu nəzərə alaraq bu heç də yaxşı olmadı

    Cavab yaz
  • Anonim
    Feride · 18 May 11:0580

    Rasim Balayev...Gencliyimizin el catmaz , ideal, genc oglan obrazi...Tekrar olunmayacaq yaratdigi butun rollari bir kenara qoyub , tekce at belinde ,goz iwledikce uzanan o derelerde digerevezolunmaz senetkar Yalcin Rzazadenin ifasi altinda sevdiyine dogru qanadlanan Bamsi Beyrek heyatimizda bir omurluk xatireye cevrilib!

    Cavab yaz
  • Anonim
    Feride · 18 May 11:1960

    Seni sevirik, senetini sevirik, wexsiyyetini sevirik , Rasim bey!

    Cavab yaz
  • Anonim
    F.S.D. · 18 May 15:3250

    Rasim müəllim, siz hansı sənət seçsəydiniz orada da Sayılıb seçilən hörmət edilən sənətkar olacaqdınız. Allah sizə can sağlığı versin. Fəridə xanımın qeyd etdiyi kimi Beyrək rolunda mahnı sədaları altında atın üstündə çaparaq getməyiniz ən gözəl rolunuz kimi tarixdə qaldı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.