Mədəniyyət

Muğam Mərkəzində məşhur Mərakeş pianoçusu konsert proqramı ilə çıxış edib - FOTO

15 Aprel 2019 10:41
0 Şərh     Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində məşhur Mərakeş pianoçusu konsert proqramı ilə çıxış edib.

Aprelin 12-də Beynəlxalq Muğam Mərkəzində "Frankofoniya həftələri" çərçivəsində məşhur mərakeşli pianoçu Maruan Benabdallah konsert proqramı ilə çıxış edib.

Mərakeş Krallığının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan "Arabesque" adlı konsert proqramı dünya ölkələrində ərəb klassik fortepiano musiqisinin tanınması və ümumiyyətlə  klassik musiqiyə maraqın  artması  məqsədini daşıyır.

Tədbirdə Mərakeş Krallığının ölkəmizdəki səfiri Muhəmməd Adil Embarş  iki ölkə arasında mövcud  olan  mədəni əlaqələri qeyd edərək, tədbirin keçirilməsində dəstəyə görə Beynəlxalq Muğam  Mərkəzinə  təşəkkürünü bildirdi.

Sonra səslənən konsert proqramında tanınmış Mərakeş pianoçusu Maruan Benabdallahın ifasında Dia Succari (Suriya), Malik Aslanoan (İran), Fazil Say, Salim Dada (Türkiyə), Nabil Benabdeljalil (Merakeş) və başqa bəstəkarların    əsərləri təqdim edildi.

Qeyd edək ki, Maruan Benabdallah Almaniya, Avstriya, Çin, İspaniya, ABŞ, Böyük Britaniya, Fransa və İtaliyada konsert proqramları ilə çıxış edib. Macarıstanın ənənələrinə dərindən köklənmiş bir musiqi mirası ilə musiqiçi Bela Bartok Konservatoriyasında və Budapeştdə Ferens Liszt Akademiyasında təhsilini artırıb və 2008-ci ildə Macarıstan Parlamentinin medalı ilə təltif olunub. Məşhur pianoçu bir çox ölkələrin tanınmış orkestrləri ilə konsertlərdə solist kimi çıxış edib. O, İsrailin Təl-Əviv şəhərindəki "Arthur Rubinstein Master" müsabiqəsində mükafat qazanıb. Yerli mətbuat onun ifasını "möcüzəli" (Maariv) adlandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.