Mədəniyyət

ƏSA Teatrı “Parisi partlatdı” - FOTO

9 İyul 2018 19:45
Baxış: 1 216

İyulun 7-də inklüziv ƏSA Teatrı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cümhuriyyətin yüz illiyinə həsr olunmuş, teatr sezonunun son premyerası olan "Paris partladı" tamaşasını təqdim edib.

Teatrın baş meneceri Nicat Qulamın sözlərinə görə, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah" pyesi əsasında quruluş verilən "Paris partladı" tamaşasının premyerası anşlaqla keçib və tamaşaçıların rəğbətini qazanıb. Tamaşaya maraq olduqca böyük idi və bunun bariz nümunəsi zalda boş yerlərin olmaması idi.  Tamaşanın fərqli formada təqdimatı isə xüsusilə mədəniyyət və incəsənət xadimlərinin diqqətini cəlb edib.

Tamaşadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib daha sonra ƏSA Teatrının təsisçisi və rəhbəri, rejissor Nihad Qulamzadə çıxış edərək tamaşaya qatılan hər bir kəsə dərin təşəkkürünü bildirdi: "Qızmar yay günlərində teatrımıza qarşı göstərdiyiniz diqqətə görə hər birinizə minnətdarıq! Ümidlərinizi doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Cümhuriyyət iliniz mübarək olsun!".

Qeyd edək ki, tamaşanın maliyyə dəstəkçisi Azərbaycan Gənclər Fondu, bədii rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşadakı rolları İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Niyaz İlyasoğlu, Günay Məmmədova, Elsevər Rəhimov, Coşqun Məmmədov, Gülnar Əlfidatlı, Fərid Əliyev və Elşən Əsgərov canlandırıb.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.