MƏNİ AĞLAMAZSAN
Məni ağlamazsan,
Sağlığımda səni çox ağlatdım,
Saçlarından tutub başını
Divara vurdum,
Eşitmək istəmədiyin
Sözlərlə təhqir etdim səni.
Hədəqədən çıxmış gözlərinlə
Boğazından keçməyən nəfəsinlə
Mənim belə olmadığımı
Bilmədiyini demək istəyirdin.
Məni ağlamazsan,
Düyün-düyün olmuş ürəyinin əzabını
Mən vermişəm sənə.
Saçlarının arasındakı ağ cığırları
Mən göndərmişəm sənə.
Çayımı, çörəyimi vermisən,
Sevmisən məni, dəli kimi sevmisən...
Məni ağlamazsan.
BİLİRƏM DARIXIRSAN
Bilirəm darıxırsan,
Gözlərin də yol çəkir.
Dərd, sevincin üstünə
İmza atır, qol çəkir.
Kəndimizdə ağaclar
Tökür yarpaqlarını.
Şəklimi bas bağrına,
İslat yanaqlarını.
Külək əssə, çıx çölə,
Gətirəcək qoxumu.
Sənsizlik ərşə çəkib,
Gözlərimdən yuxumu.
Kövşən ətri gəlir, bax
Mənim şeirlərimdən.
Zülmət düşəcək sabah,
Gəl yapış əllərimdən.
Şəklimi gözlərinə
Nə tutub bağlayırsan
Yaman islandı şəklim
Bu nədir ağlayırsan?..
SƏN GETDİN
Sən getdin, özünlə apardın,
Gətirdiyin bir udumluq sevinci.
Zülmətə döndü hər tərəf,
Yağmura düşdüm elə bil.
Batdı limanda gəmilər,
Söndü bütün işıqlar,
Sən gedəndən sonra.
Bir vaxtlar barmaqarası
Baxdığım həyata
Barmaqlıqlar arasından
Baxmağımı indi dərk etdim.
İndi özümə görk etdim;
Necə də gözəlmiş həyat,
Və sənli günlər.
Sən getdin,
Və başa düşdüm ki,
Bu andan məhbəs həyatı yaşayıram,
İçimdə sənsizliyi daşıyıram.
VƏ BİR GÜN
....Və bir görərsən qayıtmışam mən,
Həminki adamam, dəyişməmişəm.
O şirin anları oyatmışam mən,
Həminki adamam, dəyişməmişəm.
Nə boyun-buxunum, nə də ki, səsim,
Saçını oxşayan əlim, nəfəsim.
Tükənməz heç zaman arzum, həvəsim,
Həminki adamam, dəyişməmişəm.
Göydə göy buludam, dağlarda çayam,
Çağırsan gələrəm, harayam, hayam.
Necə görursən də eləcə buyam,
Həminki adamam, dəyişməmişəm.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gecə oxusu:"Sağlığımda səni çox ağlatdım"
23 İyun 2011 00:30
Baxış: 511

DİGƏR XƏBƏRLƏR
-
Amaliya Pənahovanın məzarından FOTOlar yayıldı
-
Fəxrəddin Kərimovun 70 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO
-
Tarix-mədəniyyət abidələrinin vahid pasportu olacaq
-
Tanınmış musiqiçi vəfat etdi - FOTO
-
“2025 - Konstitusiya və Suverenlik ili” çərçivəsində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirildi - FOTO
-
Milli Xalça Muzeyində “Opera Forumu” keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR
-
AZAL 4 reysi ləğv etdi
-
İsrail tərəfinin itkiləri bəlli oldu
-
Elgin Həbibullayev: Azərbaycan dünyada subyekt kimi çıxış edə bilən çox az dövlətlərdəndir
-
"Huawei"dən bir ilk - Avtomobil istehsal edəcək - FOTO
-
Məşhur türkiyəli aktyor ciddi zədə aldı
-
Öldü deyilən Xameneinin müşaviri sağdır? - FOTO
-
Tramp Zelenski ilə görüşəcək
-
Yenə "Mərcan" klinikası - Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir
-
SEPAH: Əməliyyatlar bu vaxtadək davam edəcək
-
Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə "hücum çəkdi" - VİDEO
-
"İrandan Azərbaycan vətəndaşları təxliyə olunub, səfirlik və konsulluğumuz isə..."
-
Edin Ceko bu klubda oynayacaq
-
Ənvər Abbasovun ölüm xəbəri yayıldı
-
Sabah hava necə olacaq?
-
İranlılar Tehranı tərk edir - Köç başladı - FOTO
-
Yunanıstana getdiyi deyilən Netanyahu görün harada imiş - FOTO
-
"Saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər" - Azərbaycan Dəmir Yollarının 145 ili - FOTO - VİDEO
-
Ter Ştegendən "Qalatasaray"ın təklifinə CAVAB
-
"Son zəng"ə elə geyimdə gəldi ki, görənlər gözlərinə İNANMADI - VİDEO
-
Tehran sakinlərini hədələdi
-
Bakıda daha bir uşaq eyni səbəblə ÖLDÜ
-
"Qaraxan sözü sənə çoxdur..." - əsəbiləşib özündən çıxdı
-
İranda "İsrail casusu" edam edildi