Görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin vəfatının 100-cü ildönümü münasibətilə elan olunmuş Ümumrespublika Satira və Qəzəl Müsabiqəsinin yekunu ilə əlaqədar qaliblərin mükafatlandırılma mərasimi keçirilib. APA-nın məlumatına görə, M. Ə. Sabir adına Kitabxanada keçirilən tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əvəz Qurbanlı Sabir yaradıcılığından söz açıb və bu müsabiqənin keçirilməsinin vacibliyini vurğulayıb: "Mirzə Ələkbər Sabir tamamilə yeni bir yol açıb, yeni bir məktəb yaradıb. Bu məktəbin bu gün davamçıları yetişməlidir. Cəmiyyət varsa, onun problemləri də var və o problem, həm də poeziya dili ilə deyilməlidir. Bu müsabiqəni həm qəzəlin inkişafına xidmət, həm də satiramıza dəstək olaraq həyata keçirdik. Sözsüz ki, əsas məqsədimiz böyük ustadımızı yad etməkdir".
Ə. Qurbanlının sözlərinə görə, müsabiqəyə 70-ə yaxın material daxil olub, 10 yer üzrə qaliblər müəyyənləşib. Müsabiqədə I yeri Məmməd Məcidoğlu, II yeri Əlibəy Məmmədov, III yeri isə Vüsal Qocayev qazanıb. Eyni zamanda, 7 nəfər fəxri diplomla mükafatlandırılıb. Mükafatlar təşkilatçıların şəxsi hesabına verilib. I yerin qalibinə 150, II yerin sahibinə 100 və III yerə isə 50 manat dəyərində pul mükafatı təqdim olunub.
Mayın 29-da isə təşkilatçıların qaliblərlə birgə şairin anadan olduğu Şamaxıya səfəri planlaşdırılır. Müsabiqə iştirakçıları Mirzə Ələkbər Sabirin qəbrini və ev muzeyini ziyarət edəcəklər.
Təşkilatçılar bu müsabiqənin ənənəvi olaraq keçirilməsi arzusunda olduqlarını da diqqətə çatdırıblar və qeyd ediblər ki, bununla bağlı Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinə, eləcə Azərbaycan Yazıçılar Birliyinə müraciət etməyi düşünürlər.
Mükafatlandırma mərasimində iştirak edən M.Ə. Sabirin gəlini, əməkdar müəllim, fəlsəfə doktoru Zemfira Tahirli müsabiqə təşkilatçılarına təşəkkürünü bildirib.
Milli.Az
Mədəniyyət
Mirzə Ələkbər Sabirin vəfatının 100-cü ildönümü münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb - FOTO
25 May 2011 17:10
Baxış: 1 609
DİGƏR XƏBƏRLƏR
- Dövlət Uşaq Filarmoniyasında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olundu - FOTO
- "Sülh göyərçinləri" konserti keçiriləcək
- Ülviyyə Axundovanın "Asudə məkan" adlı fərdi sərgisinin açılışı olub - FOTO
- Türk Mədəniyyəti və İrsi Fondu və Gülnarə Xəlilova "Qarabağın cizgiləri" layihəni təqdim ediblər - FOTO
- Azərbaycan ilk dəfə “Cücələrim” Uşaq Festivali keçiriləcək
- Azərbaycana xəyanət edən komandanı ifşa edən məşhur sovet filmi hansıdır?
XƏBƏR LENTİ
- Mənası pis olan hədiyyələr: İnsanların ağlına gəlməz
- Günün qoroskopu: Detalları sonra fikirləşərsiniz
- Bu qidaları südlə birlikdə yemək olmaz
- İrəvanda zəlzələ oldu
- Simonyan ələ saldı: Hanı “artsax bayraqları”?
- İran "iPhone"u tam qadağan etdi
- Çingizdən anası ilə bağlı paylaşım - FOTO
- Nikahdan kənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir?
- Nobel mükafatçısı Aziz Sancar Azərbaycana gəlib
- Paytaxtın bu ərazilərində qaz olmayacaq
- Hindistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb
- Bakı və Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib
- Günə bu qida ilə başlayın - İnanılmaz faydaları var
- "Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq
- Rumıniyada "HIMARS" sistemləri üçün xidmət mərkəzi açılıb
- Blinken Çexiya hökumətinin üzvləri ilə Ukraynaya yardımı müzakirə edib
- Asiyanın ən varlı adamı arvadına 77 milyonluq ev hədiyyə etdi - FOTO
- Daha 23 nəfərin bank kartından pul oğurlandı
- İsrail Misir vasitəsilə bizə bu mesajı göndərdi - İran
- “Real”ın ÇL-in finalı üçün iştirak ərizəsi - SİYAHI
- "iPhone 16"da bu yenilik olacaq - FOTO
- Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb
- Ermənistan bizə elə bir məqamda xəyanət edir ki… - Zatulin
- Almaniya Ukraynaya 500 milyonluq hərbi yardım göndərir