Mədəniyyət

Nuriyyə Əhmədovanın səhhətindən xəbər var

27 Fevral 2015 18:11
0 Şərh     Baxış: 1 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Nuriyyə Əhmədova Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsindən evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə aktrisanın özü lent.az-a məlumat verib. Aktrisa deyib ki, artıq bir neçə gündür ki, ev şəraitində müalicə olunur: "Daim həkimlərin nəzarətindəyəm. Ev şəraitində müalicə olunuram. Həkim məsləhət gördü ki, vaxt olduqca hava da qəbul edim. Dərmanlarımı da qəbul edirəm. Hər gün həkim mənim vəziyyətimlə maraqlanır. Yaxşı olacağıma ümidliyəm. Allah heç kəsi xəstə edib, yatağa salmasın".

Qeyd edək ki, N.Əhmədova yanvarın 23-də gecə saatlarında hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.