Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru mükafata layiq görüldü - FOTO

17 İyul 2014 12:10
0 Şərh     Baxış: 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov Azərbaycan Respublikası "Avropa Nəşr Mətbu Evi"nin qızıl medalı və diplomu ilə təltif olunmuşdur.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasındakı səmərəli fəaliyyətləri, ölkədə keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştiraklarına görə adətən Azərbaycan Milli Elmlər Akademiyasının görkəmli nümayəndələrinə təqdim olunan bu mükafat ilk dəfə teatr müəssisəsinin rəhbərinə təqdim olunub.

Mübariz Həmidov bu mükafata dram teatrlarının, mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində işinin qurulmasında olan yaradıcı elmi təkliflərinə, torpağına-Vətəninə sonsuz sevgisinə, gənclərdə Vətənpərvərlik hisslərinin aşılanmasında, ümummilli lider Heydər Əliyev ideyalarının sədaqətlə yerinə yetirilməsində və Azərbaycan mədəniyyətinin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.