Mədəniyyət

Hamının sevdiyi "Eliş" 38 yaşına keçdi - FOTO

22 İyun 2014 00:30
8 Şərh     Baxış: 6 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu gün "Bakılı oğlanlar" komandasının aktyoru, ssenarist Cabir İmanovun 38 yaşı tamam olur.

Milli.Az-ın məlumatına görə, aktyor 1976-cı ilin bu günündə Bakıda anadan olub.

O, 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olunub və 1997-ci ildə həmin institutu bitirib.

1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olub, 2003-cü ildə həmin universiteti bitirib.

İxtisası iqtisadçı və hüquqşünasdır.

1992-ci ildən "Bakılı oğlanlar" ŞHK (Şən və hazırcavablar klubu) komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK "Əsrin çempionu" olub.

2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur.

Bu günə kimi "Etimad telefonu", "Bir anın həqiqəti", "Məhəllə", "Tam məxfi", "Məşədi İbad 94" və digər filmlərdə rol alıb.

Təbrik edirik!

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.