Mədəniyyət

Türkiyədə yaşayan məşhur aktrisamızdan xəbər var

7 Aprel 2014 10:52
1 Şərh     Baxış: 1 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovadan xəbər var
Məlahət Abbasova aznews.az-a açıqlamasında bildirib ki, çalışdığı İstanbul Şəhər Bələdiyyə Teatrında quruluşçu rejissoru olduğu Elçinin "Şekspir" əsəri Türkiyədə səhnəyə qoyulub və bu, ölkədə böyük marağa səbəb olub: "Tamaşada oynayan beş aktyorumuz "İlin ən yaxşı aktyoru" mükafatına layiq görülüb. İnşallah, may ayında mükafatın təqdimat mərasimi keçiriləcək".

Həmyerlimiz bildirib ki, tamaşanın musiqisini tanınmış bəstəkar Aygün Səmədzadə yazıb və bu, teatr üçün bir uğurdur.

M. Abbasovanın sözlərinə görə, teatr növbəti mövsümdə Hüseyn Cavidin "İblis" əsərini də səhnələşdirməyi planlaşdırır.

Aktrisa Azərbaycan teatrlarından dəvət gözlədiyini də gizlətməyib: "Azərbaycan teatrlarında özümü həm aktrisa, həm də rejissor kimi sınamaq istərdim. Çünki harada olsam da, mən Azərbaycan teatrının yetirməsiyəm. Mənim ən böyük arzularımdan biri Azərbaycanın sənət insanlarını burada tanıtmaqdır. Bundan sonrakı tamaşalarımda Azərbaycandan bəstəkar, rəssam və geyim üzrə mütəxəssislər dəvət etmək istəyirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.