Mədəniyyət

Teymur Göyçayev: "Bu hadisələr Azərbaycanın imicinə işləyir"

7 Aprel 2014 09:52
Baxış: 1 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan dövlət kamera orkestrinin rəhbəri Teymur Göyçayev Day.Az saytına müsahibə verib. Milli.Az həmin müsahibəni ixtisarla təqdim edir.

- Teymur müəllim, Bakı möhtəşəm bir hadisəyə - ilk Avropa Oyunlarına hazırlaşır. Sizcə, bu cür beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizə nə verir və ölkənin beynəlxalq imicinə necə təsir göstərir? 

- Bu cür tədbirlərin keçirilməsi çox vacibdir, çünki bu hadisələrin sayəsində Azərbaycan dünyada gedən proseslərə qoşulur. Bu çox vacib məqamdır. Ona görə də ilk Avropa Oyunlarının Bakıda keçirilməsi mənim üçün qürurvericidir. Çünki bununla əlaqədar infrastruktur genişlənir, idman obyektləri, otellər, yeni müasir binalar tikilir. "Baku Crystal Hall", "Eurovision"... Bu gün dünya ulduzları ölkəmizə gəlir və möhtəşəm tikilini görəndə heyrətə gəlirlər. Bu hadisələr Azərbaycanın imicinə işləyir. Mən qürur ilə hiss edirəm ki, biz bu prosesin içindəyik. Dünyanın bizim ölkəyə marağı nəzərəçarpacaq dərəcədə artır. 

Müsahibənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.