Çamadanlarını atıb ora-bura getdilər
Dövlət Pantomima Teatrında "Ora-Bura" tamaşasının növbəti premyerası baş tutdu. Tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Bəhruz Əhmədli, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı əməkdar artist Elman Rəfiyev, plastik həll üzrə rejissoru xalq artisti Bəxtiyar Xanızadədir. Rollarda əməkdar artistlər Nargilə Qəribova, Elman Rəfiyev, Elnur İsmayılov, Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Əli Əlizadə, Solmaz Bədəlova çıxış edirlər. Maraqlıdır ki, tamaşanın nümayişinə gələnlərin əksəriyyəti gənclər idi, aralarında gənc və müasir görünüşlü iranlı xanımlar da var idi. Tamaşaçıların hamısı biletlərini əvvəldən almışdılar. Amma kassadan bilet xəbər alanlar da var idi. Kiçik foyedəki qulağa gəlib çatan söhbətlərdən belə məlum oldu ki, premyeraya toplaşanlar arasında həm Pantomima Teatrının daimi tamaşaçıları, həm də yeni pərəstişkarları var.
"Ora-Bura" tamaşasının, belə demək mümkünsə, giriş hissəsi elə foyedən səhifələnməyə (səhifələnmə ifadəsi təsadüfən işlənməyib və buna hələ qayıdacağıq) başlamışdı. Bir neçə çamadan, ortada üzərinə "ora" və "bura" sözləri yazılmış bir neçə göstərici (bu göstəricilərdən yerə də səpələnmişdi) bərkidilmiş dirək və musiqi. Foyenin və zalın divarlarını bir müddət əvvəl elə burada fərdi sərgisini keçirmiş tamaşanın rəssamının rəsmləri bəzəyir. Zalın səs və işıq sexinin pəncərəsindən tamaşanı izləyənlər arasında Pantomima Teatrının köhnə "qvardiya"sının eks-üzvlərindən biri Azər Şabanovun (tanınmış teleaparıcı Azər Axşam) da olduğunu gördük.
Keçək tamaşaya. Pantomima Teatrının yeni səhnə əsərinin qeyri-adi təəssüratlarından biri ilk dəqiqələrinin bir qədər maraqsızlığı və hətta yoruculuğunun bütövlükdə sonrakı hissənin bitkinliyinə keçiddən ibarət oldu. Axı adətən filmin və ya tamaşanın ilk 5-10 dəqiqəsi onun bütün yozumu və quruluşu haqqında mötəbər məlumat ötürücüsü rolunu oynayır. Yalnız bəzi istisna hallarda bu məlumatın yanlış ilkin təsəvvür, aldadıcı birinci təəssürat statusunda olduğu aşkara çıxır. "Ora-Bura" tamaşası məhz belə istisnalardan idi. Elə buradaca qeyd edim ki, teatrın yeni heyətinin üzvlərinin ideya müəllifliyi, rejissorluğu və ifaçılığı ilə ərsəyə gələn və bu sətirlərin müəllifinin baxdığı tamaşalar arasında bu səhnə əsəri ən uğurlusudur. Səhnə əsərində hər hansı sözlü, ya da sözsüz replika, səs və musiqi effektləri, hərəkətlər, tərəf-müqabillərin münasibətləri vəhdət, harmoniya və zövq halında idi.
"Ora-Bura" insan taleləri, münasibətləri və xatirələr haqqındadır. Səhnə əsəri avtobus dayanacağının təsviri ilə başlayır. İki kişi və bir gənc qadın əllərində çamadan səbirsizliklə avtobus gözləyirlər. Dayanacaqda casus peyda olur və gənc qadınla xəyali erotik səhnə yaşayır. Avtobusun yubanması onların çamadanda özləri ilə götürdükləri keçmişlərinin, duyum və dünyagörüşlərinin açılmasına şərait yaradır.
Personajlardan biri sirk artistidir. Çamadanını açarkən oradan təsadüfən bir fotonun çıxması artistin xatirələrini canlandırır. Və biz onun həmkarları ilə necə mehriban həyat və yaradıcılıq yolu keçdiyini görürük. Maraqlıdır ki, bir fotoqrafın onlara doğru yaxınlaşdığını ilk görən də məhz o olur. Onlar birlikdə şəkil çəkdirirlər. Digər ikisi gülümsəsə də, sirk artistinin üzündə kədər var. Fotoşəkli isə dayanacaq yoldaşlarına onların əksini kəsərək verir.
Digər personaj vicdanlı məmurdur. Onun xatirələrinin canlanmasına çamadanındakı telefonun səslənməsi təkan verir. Tamaşaçılar onun rüşvət və tanışlıqlara məhəl qoymadan sözdə deyil, işdə xalqa xidmət edən məmur keçmişindən agah olurlar. Lakin günlərin bir günü belə dürüstlük kiməsə sərf eləmir, qara telefon aparatı (bu halda onun yalnız dəstəyi) səslənir və... məmur işdən kənarlaşdırılır.
Üçüncü personaj fatasız gəlinlikdə olan gənc xanımdır. Təsadüfən çamadanından fatasının düşməyi səhnə əsərinin ən təsirli, ən kövrək epizodunun başlanğıcı olur. Qadın nəql edir ki, toy günü nikah mərasimindən sonra nişanlısı ilə birgə avtomobil qəzasına düşüblər, nişanlısı həlak olub.
Bu kövrək səhnəni avtobusun nəhayət ki gəlib-çıxmağı yarımçıq qoyur. Onlar ora-bura yola düşürlər. Çamadanları isə dayanacaqda qalır. Çamadanlarla birgə keçmiş həyatları, xatirələri də...
Samirə Behbudqızı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- "Gəncə və gəncəlilər" layihəsində Şahnaz Haşımovanın yaradıcılıq gecəsi keçirildi - FOTO
- "Gəncədən Bakiya" layihəsində Emin Sabitoğluna həsr olunmuş konsert proqramı olacaq - VİDEO
- Populyar duet Elgün & Sabina akustik proqramı ilə ilk dəfə çıxış edəcəklər
- XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub - FOTO
- 15-ci Bakı Beynəlxalq Film Festivalı çərçivəsində Faruk Güvənlə görüş keçirilib - FOTO
- Seyid Şuşinskiyə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsi başa çatıb - FOTO
XƏBƏR LENTİ
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar