Mədəniyyət

Qəzaya düşmüş xalq artistindən xəbər var - YENİLƏNİB - VİDEO

5 Aprel 2014 18:19
7 Şərh     Baxış: 7 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkim: "Aktrisa ciddi travma ilə xəstəxanaya daxil olub, bu gün aktrisaya karset geyindiriləcək"


18:19

Xalq artisti Nuriyyə Əhmədova reanimasiya şöbəsindən travmotologiya-ortopediya şöbəsinə köçürülüb.

Milli.Az xəbər verir ki, bu barədə 3 saylı şəhər klinik xəstəxanasının həkimi Nailə Əsgərova anspress-ə açıqlama verib. O bildirib ki, sənətçinin vəziyyəti ötən gün ilə müqayisədə normallaşmağa doğru gedir:

"Xəstəxanaya çatdırılan kimi müayinə etdik. Ciddi travma ilə xəstəxanaya daxil olmuşdu. Reanimasiyada müayinə olundu, həmçinin neyrocərrah tərəfindən yoxlanıldı. Müayinələrin nəticəsi göstərdi ki, bel fəqərəsinin yan çıxıntısında sınıqlar var. Bu fəsadlaşmamış sınıqdır. Onurğa beyni heç bir zədə almayıb. Digər müayinələrdən də keçib. Bu gün aktrisaya karset geyindiriləcək, bir həftədən sonra isə hərəkət edə bilər", - həkim bildirib. Nuriyyə Əhmədova bir həftə xəstəxanada saxlanıldıqdan sonra ambulator müayinəsini davam etdirmək üçün evə buraxılacaq.

Xatırladaq ki, xalq artisti N.Əhmədova ötən gün 11 saylı marşrut üzrə hərəkət edən avtobusda gedərkən sürücü qəfildən əyləcə basıb. Aktrisa müvazinətini itirib və yıxılıb. Nəticədə onurğa sümüyü ciddi zədə alıb. N.Əhmədova dərhal 3 saylı Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

--------
15:44

Avtobusdan yıxılaraq bel nahiyəsindən ciddi zədə alan xalq artisti Nuriyyə Əhmədova 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsindən palataya köçürülüb

Avtobusdan yıxılaraq bel nahiyəsindən ciddi zədə alan xalq artisti Nuriyyə Əhmədova 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsindən palataya köçürülüb.

Milli.Az xəbər verir ki, xalq artisti APA TV-yə açıqlamasında hadisənin təfərrüatlarını danışıb: "Avtobusdan düşmək üçün qapıya yaxınlaşdım. Avtobus saxlamışdı, arxadan gələn digər marşrut onu tələsdirirdi. Düşəcəyimi bildiyimdən heç yerdən tutmamışdım. Sürücü əyləci qəfil basdı və mən avtobusun bu başından o biri başına uçdum. Nəticədə onurğam zədələndi".


Xalq artisti hazırda ağrılarının yüngülləşdiyini deyib: "Bacım deyir ki, yaxşısan, yanaqların qızarıb. Sən demə, qan təzyiqim qalxıbmış. Mənə diqqət göstərənlərə minnətdaram. İnanın ki, telefonlar bir dəqiqə susmur".


Xalq artistinin bacısı Maya Həsənova da bildirib ki, Nuriyyə Əhmədova indi özünü yaxşı hiss edir. Səhhəti yaxşılaşdığı üçün reanimasiyadan palataya köçürülüb.

3 saylı Şəhər Klinik Xəstəxanasının şöbə müdiri Məhəmməd Məhəmmədov xalq artistinin nevrocərrahi müayinədən keçirildiyini deyib. Ona onurğa sütununun əziyi, 2, 3 və 4-cü bel fəqərələrinin köndələn çıxıntısı diaqnozu qoyulub: "Xəstəxanaya çatdırılan kimi müayinə etdik. Onurğa sütununun kompüter tomoqrafiyası da çəkilib. Aydın oldu ki, 3 və 4-cü bel fəqərələrinin köndələn çıxıntısının sınığı var. Bu sınıqlar fəsadlaşma sınıqlarına aid deyil. Aşağı ətraflarda hissiyyat və hərəkət saxlanılır. Hazırda vəziyyəti orta ağırdır".


Nuriyyə Əhmədova bir həftə xəstəxanada saxlanıldıqdan sonra ambulator müayinəsini davam etdirmək üçün evə buraxılacaq.


---------
10:18

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova bədbəxt hadisə ilə üzləşmişdi


O, sərnişin avtobusunda olan zaman yıxılıb, onurğa sütunu zədələnib.

Həkimlər bildiriblər ki, xalq artistinin onurğa sütununda iki sınıq var. Bu səbəbədən bir müddət yataq xəstəsi olacaq Nuriyyə xanım başına gələn hadisə barədə açıqlama verib.

Milli.Az AzNews.az-a istinadən həmin açıqlamanı təqdim edir:

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ