Mədəniyyət

Əməkdar artist Gülşən Qurbanova haqda nələr danışdı?

2 Aprel 2014 17:19
8 Şərh     Baxış: 2 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ölümündən sonra xalq artisti Gülşən Qurbanova barəsində nələr deyildi?
Milli.Az publika.az-a istinadən xəbər verir ki, mərhum aktrisanın həmkarı, əməkdar artist Naibə Allahverdiyeva ATV-nin "Düz üzünə" proqramında keçmişi ilə bağlı danışarkən inanılmaz açıqlamalar verib.

Onun sözlərinə görə, vaxtilə çalışdığı Gənc Tamaşaçılar Teatrında Gülşən Qurbanova ilə intriqalar yaşayıb və bunun sayəsində xəstəxanalıq olub:

"Gülşən Qurbanova ilə aramızda böyük intriqa yaşanırdı, özü də sənət qısqanclığı ilə bağlı. Onunla bir tamaşada oynayan zaman məni hədsiz dərəcədə əsəbiləşdirdi. Səhəri gün premyera olmalı idi, amma mən həmin gün premyeraya gedə bilmədim. Məşqdən çıxandan sonra avtobusla evə gedərkən yolu səhv saldım.

Göz yaşları içərisində evə çatanda halım çox pis idi. Bütün əşyalar gözümün önündə böyüyürdü. Səhəri özümü ələ alıb dərman içdim və premyeraya tələsdim. Dayanacaqda gördüm ki, yenə də halım pisləşir, maşınlar gözüm önündə şütuyürdü. Bir oğlan bayıldığımı görüb məni xəstəxanaya gətirdi. Teatrda elə biliblər yalandan özümü xəstəliyə vurmuşam. Gəlib görəndə məəttəl qaldılar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.