Mədəniyyət

Nizami Kino Mərkəzi milli filmlərin pulsuz nümayişinə başlayır

31 Mart 2014 13:30
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nizami Kino Mərkəzində martın 31-dən etibarən hər bazar ertəsi, çərşənbə və cümə günləri milli filmlərin pulsuz nümayişinə başlanılacaq. Məqsəd tələbə və gənclərin yerli filmlərə marağının artırılması, ekran əsərlərində əks etdirilən millətimizə xas adət-ənənələrlə yaxından tanış olması, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir.

Bundan başqa, Azərbaycanın tarixi və tanınmış simaları haqqında çəkilmiş filmlərin də nümayişi Kino Mərkəzinin layihəsində nəzərdə tutulub.

Filmlərin seansları haqqında informasiyanı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.