Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fərqanə atasından sonra xalqa imtahan verdi - REPORTAJ - FOTO
3 Mart 2014 11:25
9 Şərh
Baxış: 5 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən həftə ölkəmizin ən möhtəşəm mədəni hadisəsi, sözsüz ki, Fərqanə Qasımovanın solo-konserti oldu. "Oxu, qızım" adlı solo-konsertin baş tutacağı cümə gününə qədər çoxlarını bu suallar narahat edirdi: "Görəsən, alınacaqmı?", "Fərqanə bu işin öhdəsindən gələ biəcəkmi?"
Cavablar cümə günü axşam məlum oldu.
Axşam saat 7-də planlaşdırılan konsert paytaxtın ən möhtəşəm məkanlarından biri olan Heydər Əliyev Sarayında baş tutacaqdı. Tədbirin başlamasından yarım saat öncə sarayın qarşısına toplaşan insanların sayına nəzər saldıqda anşlaq olacağına heç kimdə şübhə qalmırdı. Elə də oldu. Saat 7 tamamda konsert başlayarkən zal tamamilə dolmuşdu. Ancaq insanlar hələ də gəlməkdə davam edirdilər.
Ustadlar qarşısında çətin imtahan
Konsertin tamaşaçıları da fərqli zümrələri təmsil edirdilər. Burada sənət adamlarından tutmuş siyasətçilərə, tanınmış həkimlərə, müəllimlərə, memarlara, ölkəmizin moda dünyasının tanınmış simalarına rast gəlmək olurdu. Gecənin qonaqlarından Ağaxan Abdullayev, Arif Babayev, Mələkxanım Əyyubova, Fəxriyyə Xələfova, Ramiz Mirişli, Nailə Mirməmmədli, Rasim Balayev və digər şəxslərin adları oxucularımıza yaxşı tanışdır. Əmək və Əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və millət vəkili Şəmsəddin Hacıyev kimi dövlət rəsmiləri də ağır iş həftəsinin yorğunluğunu Fərqanə xanımın ifasında zərif muğam sədalarının altında çıxarmaq qərarına gəlmişdilər.

Çoxları düşünürdülər ki, Alim Qasımov elə ilk dəqiqələrdən qızı ilə birgə səhnəni bölüşərək ona dəstək verəcək. Ancaq görünür, tanınmış xanəndə qızı Fərqanənin müstəqil addımlamasında qətiyyətli idi. Konsert Fərqanənin ifasında olan "Layla" mahnısı ilə açıldı. Fonda səslənən həzin mahnının gözəl rəqs ilə müşayiət olunması gecənin möhtəşəm olacağına bir işarə idi.
Və sonda səhnə açıldı. Müxtəlif rənglərlə əhatə olunmuş səhnə klassik şərq və qərb memarlıq üslublarını özündə sintez etmişdi. Ənənəvi şərq gümbəzləri formasında dekorasiya ilə Qərbi Avropa üslubunda sütunlar bir-birini tamamlayırdı.
Şərq və Qərbin sintezi ansamblda görünürdü. Burada tar, kamança, qaval kimi ənənəvi muğam alətləri ilə yanaşı, kontrabas, saksafon, royal kimi qərb mədəniyyətinin məhsulu olan alətlər də gözə dəyirdi.
Fərqanənin tamaşaçılar qarşısında ilk ifa etdiyi muğam Məhəmməd Füzulinin "Məni candan usandırdı" qəzəli oldu. Sonradan isə qəzəl dünyasının klassiklərinə məxsus əsərlərin muğam dilində, həm də yeni üslubda təqdimatı tamaşaçıların gurultulu alqışları ilə müşayiət olundu. Fərqanə Qasımova da atası Alim Qasımov kimi özünəməxsus bir üslub təqdim etməyi mükəmməl bacarırdı.
Ata ilə qızı bir səhnədə
Tamaşaçılar artıq Fərqanənin ifasında muğamın sehrinə o qədər qapılmışdılar ki, Alim Qasımovun da burada ola biləcəyi ehtimalı unudulmuşdu. Amma Alim də özünü çox gözlətdi. Təxminən iki saatlıq ifadan sonra istirahətə gedən Fərqanənin yerinə Alim Qasımov səhnəyə gəldi.
Qızının uğuruna sevindiyi və konsertdən əvvəl keçirdiyi həyəcan üzündə hiss olunsa da, özünü toxtaq tuturdu səhnədə. Tamaşaçılara müraciət edərək zarafatları, səhnə davranışları və Şamaxı ləhcəsi ilə şirin danışığı gecənin iştirakçılarının əhvalını yüksəldirdi. Amma o, həyəcanlı olduğunu da etiraf etdi: "O qədər həyəcan keçirmişəm ki, məndə can qalmayıb".
Alim Qasımovla qızı Fərqanə Qasımovanın gözlənilən birgə ifaları da baş tutdu. İfa başlayandan bitənə qədər səslənən alqış sədaları iki sənətkarın birgə ifasına ölkə tamaşaçısının rəğbətinin ifadəsi idi.

Gecənin maraqlı hissələrindən biri isə konsertin sonunda yaşandı. Sənətçilər konsertin sona çatdığını elan edərək səhnəni tərk etdilər. Pərdələrin endirilməsi başlanarkən zaldan "Alim! Alim!" sədaları yüksəldi. Görünürdü ki, tamaşaçılar muğamın sehrindən hələ çıxmaq istəmirdilər. Onlar yenidən sənətkarın səhnəyə qayıtmasını tələb edirdilər. Alim Qasımov, sözsüz ki, onu sevən tamaşaçının tələblərindən çıxmadı. Yenidən səhnəyə qayıtdı. Maraqlı məqamlar bundan sonra yaşandı. Əvvəlcədən hazırlıq görülməyən ifalar nə qədər çətin olsa da, ata və qızı bu işin öhdəsindən gələ bildilər. Bu işdə Alim Qasımovun nəvələri də onlara yardımçı oldular. O, nəvələrini də səhnəyə çağıraraq bu gənc yetirmələrini də tamaşaçılar qarşısında imtahana çıxardı. Fərqanə Qasımovanın oğlunun ifası xüsusi maraqla qarşılandı.
"Alim Qasımov estafeti qızına verdi"
Konsertdən sonra Heydər Əliyev Sarayının foyesinə toplaşan insanların simalarında razılıq əlamətləri görünürdü. Burada tanınmış muğam ifaçısı Mələkxanım Əyyubova ilə söhbət etdik və onun fikirlərini öyrəndik.
Mələkxanım Əyyubova dedi ki, Fərqanə ilk işin öhdəsindən çox yaxşı gəldi: "Fərqanə ilk dəfədir ki, belə bir kollektivlə çıxış edir. Həmişə milli musiqi alətlərinin müşayiəti ilə atası ilə birgə çıxış edib. Bu gün onun üzərində böyük bir məsuliyyət var idi. Sözsüz ki, çox gözəl idi".
Tanınmış İfaçı M.Əyyubova Fərqanənin konsertdə reallaşdırdığı yeniliklərə də münasibətini bildirdi. "Şərqlə qərbin sintezi də çox gözəl idi", - deyən muğam ifaçısı onu da bildirib ki, bu yeniliklər hələ müzakirə olunacaq.

"Bu gün konsertə baxmışıq, hələ təsirindən ayrılmamışıq. Hələ bu məsələləri musiqiçi kimi analiz edəcəyik. Alim özü də dəfələrlə yeniliklər, sintezlər edir. Bu cür yeniliklərdə həmişə çaşqınlıq yaranır. Ancaq zamanla görürsən ki, həmin üslub öz yerini tapır. Bu da bir yenilikdir. Fərqanə axtarışdadır. İndi böyük sənətkarlarımız da öz fikirlərini deyəcəklər. Hansı lazımdırsa, saxlayacaq, hansı lazım deyilsə, kənara atacaq. Ümumilikdə isə çox gözəl idi, səsi qulağa yatımlı idi", - o qeyd edib.
M.Əyyubova tamaşaçılar qarşısına çıxmağın çox çətin iş olduğunu xatırladıb və bu çətinliyi yalnız sənətçilərin anlaya biləcəyini deyib.
"Onun yuxusuz gecələri, çəkdiyi əziyyətlər və s. Çox ciddi bir işdir, çətin bir prosesdir. Bu gün bizim ona dəstəyimiz lazımdır. O özü axtaracaq və doğru yolu tapacaq", - tanınmış muğam ifaçısı əlavə edib.
Konsertdən sonra tədbirin qonağı olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun da fikirlərini öyrənə bildik.
Nazir Milli.Az-a açıqlamasında konsertdən böyük zövq aldığını dedi.
"Mən Fərqanə xanımın bu qədər yüksək səviyyədə, professional çıxış edəcəyini gözləmirdim. Ona görə də mən ləzzət aldım bu konsertdən. Bənzərsiz, gözəl bir konsert idi. Lap əvvəlindən tutmuş sona qədər. Düşünürəm ki, bura gələn hər kəs razı qaldı. Ən ləzzətli anlardan biri də bilirsinizmi nə idi? Alimin sonda o cür oxumağı. Əvvəl də dedi ki, mən səhnəyə artıq Fərqanəni gətirdim. O, estafeti Fərqanə xanıma verə bildi".

Sonda qeyd edək ki, bu konsert, sözsüz ki, hələ çox müzakirə olunacaq, oradakı yeniliklər, milli musiqimizin inkişafı üçün atılan addımlar musiqi tariximizdə öz yerini tutacaq.
Teymur Hacıyev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Bakıda yubiley “ SALAM ” Beynəlxalq YeniyetməFilm Festivalının açılışı olub - (Foto)
-
Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
-
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
-
Nazirlik Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yaydı
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
XƏBƏR LENTİ
-
Aldadıcı başlığa görə jurnalistlər saxlanıldı - (Foto)
-
Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanın bank sektorunda artım - Aktivlər 9,5% yüksəldi
-
“iPhone 18” bu rənglərdə olacaq - (Foto)
-
Şabranda ağır qəza: Ölən var
-
Suriyada böyük dəyişiklik: Kürd qüvvələri ləğv edildi
-
Aysel başına gələn hadisəni danışdı: “Bəzi kişilər, niyə beləsiniz?” - (Video)
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə
-
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
-
Ronaldo fanatına görə tənqid atəşinə tutuldu - (Video)
-
Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib - (Foto)
-
Polis ötən gün 73 cinayətin üstünü açdı - 121 nəfər saxlanıldı
-
Xırdalanda 1 yaşlı körpə 7-ci mərtəbədən yıxılaraq öldü
-
Pulunu dollara dəyişmək istəyənlərin diqqətinə
-
Müller və komanda yoldaşları atışıb Portuqaliya klubunu aldılar
-
Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü
-
Avqustun son günlərində pulları artacaq 3 bürc - Siyahı
-
Tələbə yataqxanası niyə biznesə çevrilə bilmir? - ARAŞDIRMA
-
Mehmet Ali Erbilin son halı müzakirə yaratdı - (Foto)
-
Bu gün Naxçıvanda qaz olmayacaq
-
Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi - Kamaləddin Qafarov
-
Rahim Sterlinq həbs oluna bilər
-
Bakıda yanğın: 36 yaşlı kişi öldü - (Video)