Mədəniyyət

"Dolu" bədii filmi ictimaiyyətə təqdim edildi - VİDEO

2 Avqust 2013 19:45
Baxış: 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Türkel TV-yə istinadən bildirir ki, bu gün Ağstafa şəhərində Heydər Əliyev Mərkəzində Milli Kino Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə "Dolu" bədii filmi nümayiş etdirilib. Çıxış edənlər milli kinomuzdan, onun keçmişindən, kino tarixində böyük rolu olan aktyor və rejissorlardan söhbət açıblar. Bildirilib ki, son illər milli kinonun inkişafı üçün ölkəmizdə geniş imkanlar yaradılıb. Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunmuş "Dolu" bədii filmi nümayiş etdirilib.

Aqil Abbas
ın "Dolu" romanının motivləri əsasında çəkilən, quruluşçu rejissoru Elxan Cəfərov olan filmdə Qarabağ müharibəsində vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs olunur. 100-ə yaxın rayon sakininin izlədiyi film böyük maraqla qarşılanıb. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.