Mədəniyyət

İmişlidə 2 avqust Milli Kino günü qeyd olundu

2 Avqust 2013 17:20
Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, 2 avqsut - Milli kinomuzun 109 yaşının tamam olması münasibəti ilə İmişli rayonunda bayram tədbiri keçirilib. Tədbirdə sakinlər üçün Qarabağ döyüşləri zamanı baş verən hadisələri özündə əks etdirən "Dolu" filmi numayiş olunub.

Tədbirdə əvvəlcə peşə bayramı münasibəti ilə kino sənətində əməyi olan insanlar təbrik edilib.

Çıxış edənlər milli kinomuzun dünəni, bu günü və sabahı ilə bağlı məlumat verərək, Azərbaycan kinosunun inkişaf dövrünü yaşadığını vurğulayıblar. Qeyd olunub ki, ilk dəfə 1895-ci ildə Fransada yaranan kino səhnəsi 3 il sonra 1898-ci ildən Azərbaycanda da nümayiş olunmağa başladı. Həmin il avqustun 2-də paytaxt Bakıda Anton Mişonun çəkdiyi "Balaxanıda neft fontanı" filmi ilk dəfə olaraq nümayiş etdirildi. 1923-cü ildən isə səsli kino efirə çıxdı. Vurğulandı ki, ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı müvafiq fərman əsasında hər il avqustun 2-si Milli Kino Günü kimi qeyd edilir. Vurğulanıb ki, eyni zamanda 2007-ci ilin fevralın 20-də Prezident İlham Əliyev "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzaladı. Bu sərəncam kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni bir təkan verdi.

Çıxışlarda İmişli rayonunda kino sahəsinə olan diqqət və qayğı da nəzərə çatdırılıb.

Sonda qeyd olunub ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvələrinə ucalacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.