Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində növbəti "Muğamat axşamı" konserti baş tutub - FOTO

20 Dekabr 2025 16:19
Baxış: 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində növbəti "Muğamat axşamı" konserti baş tutub. Konsert proqramında Əməkdar artist İlkin Əhmədov, BMM-nin solistləri Nisbət Sədrayeva, Könül Xəlilova, Almaxanım Əhmədli, Məftun Səfərli və Rəvan Qaçayev çıxış ediblər.

Xanəndələrin ifasında "Şur", "Segah", "Şüştər" "Dilkəş", "Çahargah" təsnifləri və xalq mahnıları səsləndirilib. Zəngin musiqi proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə və alqışlarla qarşılanıb.

Xanəndələri BMM-nin solistlərindən ibarət instrumental ansambl - tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov qanunda Solmaz Rəhimova, balabanda Rafael Əsgərov, bas tarda Nihad Qədirli və nağarada Amil Mustafayev müşayiət edib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi tərəfindən reallaşdırılan "Muğamat axşamı" konsertləri Azərbaycan milli musiqisinin təbliğinə yönəlib. Muğam sənətinin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan layihə sənətsevərlər arasında böyük maraqla qarşılanır. "Muğamat axşamı" və "Muğam dəstgahları" adlı konsert proqramları ayda iki dəfə tamaşaçıların ixtiyarına təqdim olunur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.