Mədəniyyət

Mustafa Mehmandarovun rəhbərliyi ilə Dövlət Simfonik Orkestri musiqisevərlər qarşısında çıxış edib - FOTO

7 İyul 2025 13:34
Baxış: 293
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti baş tutub.

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri musiqisevərlər qarşısında çıxış edib.

Proqramda ilk olaraq Arif Məlikovun 6 nömrəli "Təzadlar" adlı simfoniyası səslənib. Daha sonra isə səslənən Gabriel Faure`nin "Pavana" (op. 50) əsəri dinləyicilərin marağına səbəb olub.

Sonda George Gershwin`in "Porgy və Bess" süitası fasiləsiz alqışlarla qarşılanıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.