Mədəniyyət

“Qırxdan sonra…” bədii filminin təqdimatı olacaq

20 Dekabr 2024 21:31
Baxış: 698
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dekabrın 24-də  "Nizami" Kino Mərkəzində "Qırxdan sonra..." qısametrajlı bədii filminin təqdimatı olacaq.

Filmin ssenari müəllifləri Saida Haqverdiyeva, Sevda Sultanova, rejissoru Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğludur. Əsas rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər.

Filmin qəhrəmanı ailə məişət sıxıntıları ilə üzləşən, yaşı 40-ı keçmiş aktrisa, zaman keçdikcə kinoda və teatrda ona tələbatın azaldığını hiss edir. Amma bunu qəbul etmək istəmir. Əsas ideyalardan biri sənətin görünməyən tərəflərinin qadın qəhrəmanın müxtəlif ruh hallarında təsvirinə can atmaqdır. Rejissor aktyor və qadın taleyinə iki qəhrəmanın sarsıntıları, yaşantıları fonunda kinematoqrafik baxış edir. 

"RS Production"un istehsalı olan filmin (prodüserlər  Kəmalə Nəhmətova və Saida Haqverdiyeva) montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyovdur.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.