Ədəbiyyatımızın Vicdanı: Məmməd Arif Dadaşzadənin 120 illik yubileyi - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində görkəmli ədəbiyyatşünas alim, tənqidçi, ictimai xadim, Dövlət Mükafatı laureatı, Əməkdar Elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin 120 illik yubileyinə həsr olunmuş "Ədəbi üfüqlərdə" adlı bədii-musiqili gecə keçirilib.
Gecə alimin həyatının əsas mərhələlərini əks etdirən videoçarxın sərgilənməsi ilə başlanıb. Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadənin ssenari müəllifi olduğu gecədə böyük alimin həyat və yaradıcılıq yolu geniş işıqlandırılıb.
AMEA prezidenti akademik İsa Həbibbəyli öz çıxışında Məmməd Arifin Azərbaycan ədəbiyyatşünaslıq elmi qarşısında müstəsna xidmətlərindən ətraflı söz açıb. Uzun illər Elmlər Akademiyasının vitse-prezidenti olmuş Məmməd Arifin Azərbaycan ədəbiyyatı tarixinin konsepsiyasının hazırlanmasında, ədəbiyyat tarixinə dair fundamental nəşrlərin işıq üzü görməsində özəl rolunu vurğulayıb. O, həmçinin 1939-cu ildən 1959-cu ilə qədər fasilələrlə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru kimi çalışmış Məmməd Arifin institutun təşəkkülü və fəaliyyət strategiyasının formalaşmasındakı xidmətlərini müfəssəl açıqlayıb. Akademik, çıxışının sonunda ədəbiyyatşünaslıq məktəbi, ədəbi tənqid və tənqidçilər məktəbi yaratmış M.Arifin elmi ideyalarının aktuallığını, onun müəyyən etdiyi istiqamətlərin ədəbiyyatşünasların yeni nəsli tərəfindən davam etdirildiyini, vəsiyyətlərinin uca tutulduğunu qeyd edib.
Daha sonra söz alan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyinin direktoru, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini akademik Rafael Hüseynov Məmməd Arifin keşməkeşli yoluna mürəkkəb, gərgin XX əsrin heç də birmənalı olmayan olayları kontekstində nəzər salıb. R.Hüseynov sənədlərə, habelə görkəmli sənət, elm xadimlərinin xatirələrinə, şəhadətnamələrinə dayaqlanaraq Məmməd Arifin Azərbaycan ədəbiyyatı üçün taleyüklü məqamlarda, məsələn, "Kitabi-Dədəd Qorqud" dastanının yasaqlanması, Heydər Hüseynova qarşı təqib kampaniyası zamanı tutduğu prinsipial mövqeyi müfəssəl işıqlandırıb. R.Hüseynovun ilk dəfə səsləndirdiyi qiymətli faktlar, fikirlər Məmməd Arifin bir alim və insan kimi obrazını Zaman kontekstində dəyərləndirmək baxımından olduqça önəmlidir. Hüdudsuz bilikləri, vacib ümumiləşdirmələri duyğusallıqla mahiranə uzlaşdırmağı bacaran R.Hüseynovun təqdimatında Məmməd Arif Dadaşzadə sağlığında "ədəbiyyatımızın vicdanı" adına layiq görülmüş əsl şəxsiyyət kimi göz önündə canlanıb.
Aparıcısı Azadə Qafarzadə olduğu gecədə Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının (bədii rəhbər - əməkdar artist Tariyel Abbasov) müşayiəti ilə xalq artisti Gülyaz Məmmədova, əməkdar artist Nüşabə Ələsgərli, müğənnilər Vüsal Hacıyev, Nicat Cəfərzadə, Ayşən Mehdiyeva, Sərxan Bünyadzadə, Günay İmamverdiyeva, İlkin Qasımov, Rasim Səfər, Ramazan Şərifzadə Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Gülyaz Məmmədovanın məclisin ruhuna uyğun səsləndirdiyi Fikrət Əmirov və Şəfiqə Axundovanın mahnıları gecəyə kövrək notlar əlavə edib. Gənc şair Günəş Hüseynovun vaxtilə Süleyman Rüstəmin Məmməd Arifə həsr etdiyi şeirə yazdığı nəzirə auditorya tərəfindən böyük maraqla dinlənilib.
Sonda söz alan Məmməd Arifin nəvələri - filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə gecənin təşkilatçısı olmuş "Könüllülər" Kitabxana İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə, alimin xatirəsini yad edən hər bir kəsə öz dərin təşəkkürünü bildiriblər. Z.Dadaşzadə öz çıxışında gecənin məhz Muğam Mərkəzində keçirilməsinin təsadüfi olmadığını, Məmməd Arifin 1930-cu ildə, milli irsə qarşı hücumların vüsət aldığı dövrdə "Aprel alovları" toplusunda dərc etdirdiyi "Tar çalınır" hekayəsinin milli-mədəni dəyərlərin, muğamın və tarın müdafiəsində nə kimi rol oynadığını nəzər-diqqətə çatdırıb.
Böyük ədəbiyyatşünas alim, tənqidçi, ictimai xadim Məmməd Arif Dadaşzadənin 120 illik yubileyinə həsr olunmuş, görkəmli elm, sənət adamlarının iştirakilə keçən "Ədəbi üfüqlərdə" adlı bədii gecə mədəniyyət həyatının əlamətdar hadisəsi kimi yaddaşlarda yaşayacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
XƏBƏR LENTİ
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı





