Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasında "Sevgi Meksikadir" adlı konsert keçirilib - FOTO

17 İyun 2024 16:28
Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Sevgi Meksikadır" adlı konsert proqramı təqdim olunub. Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə keçən konsertdə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero çıxış edərək Azərbaycan və Meksika xalqlarının qədim tarixə, güclü dövlətçilik ənənələrinə malik olduğunu deyib, Meksikalı ifaçıların konsertinin maraqlı olacağını bildirib. Həmçinin səfir Gəncə Dövlət Filarmoniyasına təşəkkürünü bildirərək, bu cür layihələrin Azərbaycan-Meksika mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Meksikalı tenor Luis İtzkoatl və pianoçu Maurisio Duran maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə Meksikanın milli vokal musiqi nümunələri və gənc bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertin sonunda ifaçılar Müslüm Maqomayevin "Azərbaycan" əsərini ifa ediblər. Meksikalı ifaçıların bu jesti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.