Röya Həsənin “İz” adlı fərdi sərgisi nümayiş olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
9-10 İyun tarixlərində Qız Qalası galereyasında ADMİU və Arts Council Azerbaijan QHT-nin təşkikatçılığı ilə Röya Həsənin "İz" adlı fərdi sərgisi nümayiş olunur. 27 əsərdən ibarət "İz" adlı sərgi mədəni irsimizdə, tariximizdə dərin iz qoyan görkəmli korifeylərimizə həsr olunub. Əsərlər incəsənət xadimlərinin, rəssamların, bəstəkarların, rejisorların, aktyorların və s portretlərindən, Azərbaycanın gözəl peyzajlarından ibarətdir.
Hər bir xalqın mədəni irsi onun sərvətidir. Xalqımızın dünya mədəniyyətinin yaranmasında çox böyük rolu vardır. Müsəlman Şərqində ilk teatr, ilk opera, ilk balet, ilk Elmlər Akademiyası məhs Azərbaycanda yaradılmışdır. Mədəni irsimizi tanımaq, qorumaq, inkişaf etdirmək və nəsildən nəsilə ötürmək hər birimizin borcudur. Çünki bu Vətənimizin, xalqımızın tarixidir, özünəməxsusluğudur. Bu dəyərləri qorumalıyıq ki, gələcək nəsillər baxıb qürur duysunlar.
Röya Həsənin vətənə olan bağlılığını, Azərbaycan xalgına olan sevgisini, ehtiramını, milli-mənəvi dəyərlərinə olan hörmətini ən ülvi hislərlə öz yaradıcılığında əks etdirməyə çalışmışdır.
Röya Həsən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri Sənət Kafedrasının pedagogudur, Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvüdür. Ölkə daxilində keçirilən çoxsaylı tədbir və sərgilərin iştirakçısı olmaqla yanaşı, bir çox xarici ölkələrdə (ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, Lüksemburq, Rusiya, Çexiya, Gürcüstan, Dubay, Turkiyə) təşkil edilən sərgi və simpoziumlarda Azərbaycanı təmsil etmişdir. Heydər Əliyev Fondu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəssamlıg Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi , BMT-in Azərbaycandaki təşkilatı, bir çox ölkənin Azərbaycandaki Səfirlikləri, "YARAT" Müasir İncəsənət Məkanı, Arts Council Azerbaijan və UNESCO tərəfindən təşkil edilmiş bir çox layihələrdə iştirak etmiş və yaratdığı əsərləri qeyd olunan layihələr çərçivəsində sərgiləmişdir. 2015-ci ildə Sotheby's Art House tərəfindən Gürcüstanda keçirilən peşəkar dərslərdə iştirak etmişdir. Yaratdığı əsərlərdə ekspressionizm, abstrakt üslublarına üstünlük verir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
XƏBƏR LENTİ
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)





