Hadisə, Kriminal

Azərbaycanlı "qanuni oğru" bu cinayətlərdə ittiham olunur

19 Noyabr 2021 17:06
0 Şərh     Baxış: 1 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya İstintaq Komitəsi "Rəşad Gəncinski" ləqəbli "qanuni oğru" Rəşad İsmayılovun işini məhkəməyə göndərib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva nümayəndəsi Yuliya İvanova bildirib.

Onun sözlərinə görə, "Rəşad Gəncinski" qətl və qanunsuz silah saxlamaqda ittiham olunur.

İvanova onun Moskvada bir sıra kriminal dairələrə nəzarət etdiyini bildirib.

İstintaq müəyyən edib ki, İsmayılov 2009-cu ilin mayında Moskvadakı kafelərin birində iki nəfəri güllələyərək öldürüb. Cinayətin motivi isə qisas olub.

Yaxın günlərdə Rəşad İsmayılovun məhkəməsi başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.