Hadisə, Kriminal

Xəstəxanaya iynə vurdurmağa gədən kişi mühafizəçiyə kəllə atdı - VİDEO

28 Oktyabr 2021 20:42
0 Şərh     Baxış: 1 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İzmir şəhərində xəstəxanaya iynə vurdurmağa yollanan kişi mühafizəçiyə hücum edərək ona xəsarət yetirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, verilən ilkin məlumata əsasən, pasiyent həkimin onu qəbul etməyi gecikdirməsini əsas gətirərək həkimlə mübahisə etməyə başlayıb.

Tibb mərkəzinin mühafizəçiləri dərhal insidentə müdaxilə edib. Lakin xəstəxananın mühafizəçilərinin ani diqqətsizliyindən istifadə edən xəstə onlardan birinə başı ilə zərbə endirib.

Zərbə nəticəsində mühafizəçinin yumşaq toxumaları zədələnib.

Hadisə anbaan xəstəxananın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.