Hadisə, Kriminal

Azərbaycanlı sürücü Türkiyədə dəhşətli qəza törətdi - ANBAAN VİDEO

22 Sentyabr 2021 17:18
0 Şərh     Baxış: 2 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə azərbaycanlı TIR sürücüsü qəzaya səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qasımov İsgəndər adlı sürücü Afyonkarahisar-Antalya yolunda naməlum səbəbdən idarəetməni itirib.

Nəticədə onun idarə etdiyi yük maşını bir avtomobilə çırpılaraq yolun əks tərəfinə keçib, əvvəl traktora, daha sonra isə dörd maşına çırpılıb.

Bir neçə metrdən sonra dayanan zaman TIR-ın təkəri yanmağa başlayıb.

Dəhşətli qəza nəticəsində Mehmet Balon adlı bir nəfər ölüb, Mehmet Çakmak və Zeynəb Çakmak isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda xilasedicilər cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğını söndürmək mümkün olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.