Hadisə, Kriminal

Bir gecədə 9 avtomobil qarət olundu - Bakıda - VİDEO - FOTO

15 Fevral 2018 17:09
0 Şərh     Baxış: 812

Bakıda bir gecədə 9 avtomobil qarət olunub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaracuxur qəsəbəsi Yaşar Əliyev küçəsində baş verib.

Gecə saat 3 radələrində naməlum şəxs sözügedən küçədə dayanan avtomobillərin yan şüşələrini sındıraraq orada olan şəxsi əşyaları, maqnitafonları və digər avadanlıqları götürərək qaçıb. Hadisə anı ərazidəki evlərdən birində quraşdırılan nəzarət kamerasına düşüb.

Oğurluq barədə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə məlumat verilib. Dərhal əməliyyat-istintaq qrupu əraziyə gəlib və zəruri hərəkətləri yerinə yetiriblər. İlkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkənlərə minimum 300, maksimum 1500 manat ziyan dəyib. Ümumi zərərin miqdarı isə təxminən 5 min manata yaxındır.

Pərviz Ələsgərov - Zərərçəkən: "Gecə növbəsində işləyən qonşularımız xəbər edib. Yaxınlaşıb görüb ki, maşının şüşəsi sınıb. Sonra yaxınlaşıb öz maşınına baxıb ki, öz maşını da sınıb. Biz də gəlib görmüşük ki, 9-a yaxın maşın qarət olunub. Telefon, adaptor, maqnitafon, "kolonka", monitor nə varsa pula gedən aparıblar.

Hələlik qarətçinin kimliyi məlum deyil. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bir gecədə 9 avtomobil qarət olundu - Bakıda

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.