Hadisə, Kriminal

Hərbi prokuror: “Hərbi hissədə baş vermiş hadisə ilə bağlı cinayət işi 1 aya yekunlaşacaq”

20 Mart 2010 12:46
Baxış: 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib. İstintaqın hərtərəfli aparıldığını deyən hərbi prokuror 4 nəfərdən başqa saxlanılanların olmadığını qeyd edib: "İstintaq obyektiv, qərəzsiz, dəqiqi aparılır. Buna heç kimin şübhəsi olmasın".

X. Vəliyev hadisənin baş vermə səbəblərini hələlik açıqlaya bilməyəcəyini söyləyib: "Bu elə işdir ki, diqqətsizlikdən işlənən adi söz hər şeyi məhv edər".

"Hadisədə "dedovşina" amili nə qədərdir" sualına cavab olaraq hərbi prokuror bunları deyib: ""Dedovşina" zabitlə əsgər arasında baş verən hadisə deyil. Araşdırmalar nəticəsində orada Nizamnamədən kənar hərəkətlərə, qanunsuzluqlara yol verildiyi məlum olub. O da müəyyənləşib ki, hadisəni törədən əsgərlər özləri də nizam-intizamsız olublar. Bütün məsələlər istintaq başa çatdırdan sonra açıqlanacaq"

Qeyd edək ki, bu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verən silahlı insident zamanı 6 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə ilə bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.

/APA/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.