Hadisə, Kriminal

Azərbaycanda içində 45 şərnişin olan avtobus aşdı: yaralananlar var - YENİLƏNİB - FOTO

21 Aprel 2014 22:31
5 Şərh     Baxış: 14 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
22:31

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 188-ci kilometrliyində yol-nəqiliyyat hadisəsi baş verib. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 188-ci km-də qeydə alınıb. Gəncə-Moskva reysi üzrə hərəkət edən 52 yaşlı Gəncə şəhər sakini İlqar Əliyevin idarə etdiyi 66 BG 707 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı sərnişin avtobusu idarə etməni itirərək yolun kənarındakı işıq dirəyinin üzərinə aşıb. Qəza zamanı avtobusda 45 sərnişin olub. Hadisə nəticəsində 10-a yaxın sərnişin yüngül xəsarətlər alıb. Onlara elə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Baş dövlət Yol Polisi İdarəsinin təhqiqatçısı Rauf Cəfərovun sözlərinə görə, qəza sürücünün ehtiyatsızlığı ucbatından baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.

---------
20:17

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 188-ci kilometrliyində yol-nəqiliyyat hadisəsi baş verib. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Gəncədən Moskvaya gedən İlqar Əliyevin idarə etdiyi "Mercedes" markalı avtobus aşıb.

Avtobusun içərisində 45 sərnişin olub. Hadisə nəticəsində bir neçə sərnişin yüngül bədən xəsarətləri alıb. Qəzaya səbəb "Mercedes" markalı avtobusun idarəetməni itirməsi göstərilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


---------
22:31

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.