Hadisə, Kriminal

Ayaqqabının içindən görün nə çıxdı

21 Aprel 2014 15:57
0 Şərh     Baxış: 1 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb

Trend Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1; 228.4 və 66.3 maddələrinə əsasən, azadlıqdan məhrum edilmiş məhkum Bəhruz Natiq oğlu Mehrəliyevin yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu vətəndaş Arzu Natiq oğlu Həsənovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman geyindiyi ayaqqabının uc hissəsində gizlədilmiş, sellofana bükülmüş, xalis çəkisi 15,610 qram olan narkotik maddə "Tiryək" aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1; 228.2.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Daşqın Novruzbəy oğlu Ağabalayevin yataq yerinə və üzərinə baxış keçirilən zaman yataq yerinin pəncərəsinin altında gizlədilmiş, daxilində "Cin" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.