Hadisə, Kriminal

Sabirabadda ağır qəza: ölən və yaralananlar var

21 Aprel 2014 13:45
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad şəhərinin ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 20-də saat 02 radələrində Sabirabad şəhərinin ərazisində şəhər sakini Talıb Hüseynovun idarə etdiyi "VAZ-2106" və Qəzli kənd sakini Hidayət Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"ın sürücüsü T.Hüseynov hadisə yerində ölüb, H.Əhmədov və sərnişini, həmkəndlisi Eldəniz Mustafayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.