Hadisə, Kriminal

Hərbçi və polisin avtomobilləri toqquşdu: yaralılar var

21 Aprel 2014 13:04
0 Şərh     Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Lent.az-ın məlumatına görə, rayon ərazisində Milli Ordunun hərbçisi Xudaverdiyev Ceyhun Allahverdi oğlunun idarə etdiyi "VAZ 2106" ilə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı Salahov Fərman Şamil oğlunun sürdüyü "Mercedes" toqquşub. Nəticədə hər iki sürücü, eləcə də "VAZ 2106"da olan 2 sərnişin: Ələsgərov Bəxtiyar Məzahir oğlu Ələsgərov Səbuhi Mürşüd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.