Hadisə, Kriminal

Azərbaycanda polkovnik həbs olundu - YENİLƏNİB

21 Aprel 2014 12:26
Baxış: 2 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti rüşvət almaqda ittiham olunur


12:26

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) şöbə rəisi rüşvət almaqda təqsirli bilinərək həbs edilib.

Bakı Şəhər Hərbi Prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 20-də ehtiyatda olan I dərəcəli kapitan (polkovnik) Qasım Quliyev barəsində həbs qəti İmkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən mləumata görə, I dərəcəli kapitan (polkovnik) Qasım Quliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə əsasən, yaş həddinə görə 23 avqust 2013-cü il tarixində Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb. Ona görə də hazırda bu şəxsin Müdafiə Nazirliyinə birbaşa bağlılığı yoxdur.

Qeyd edək ki, 56 yaşlı Qasım Quliyev uzun müddət HDQ-nin Naviqasiya və kartoqrafiya şöbəsinin rəisi vəzifəsində çalışıb.

---------
11:49

Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş zabiti rüşvət ittihamı ilə həbs edilib.

Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, HDQ-nin ehtiyatda olan polkovniki, 56 yaşlı Qasım Quliyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs-qəti imkan tədbiri seçilib.

Qasım Quliyev uzun müddət HDQ Naviqasiya və kartoqrafiya şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, APA bir müddət əvvəl Azərbaycan HDQ-də Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılması barədə məlumat yayıb. Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanovun komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.

Eyni zamanda HDQ-nin 6 hərbi qulluqçusu saxlanılıb. Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.