Hadisə, Kriminal

Bakıda sərnişin avtobusları qəza törətdi, yaralıların adı bəlli oldu - YENİLƏNİB - FOTO

18 Aprel 2014 11:57
10 Şərh     Baxış: 8 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:57

Bakıda iki sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "Neftçilər" metrostansiyasının yaxınlığında qeydə alınıb.
 
50 saylı xətt üzrə hərəkət üzrə edən "Daewoo" markalı sərnişin avtobusu ilə 35 saylı xətt üzrə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusu toqquşub.
 
Qəza nəticəsində 1968-ci il təvəllüdlü Gülqız Əbülfəzova, 1949-cu il təvəllüdlü Solmaz Məmmədova və 1958-ci il təvəllüdlü Caməfər Balabəyov ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
 
Qəza nəticəsində daha bir neçə nəfərə elə hadisə yerindəcə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

-----------
11:47

Bu gün səhər 10 radələrində paytaxtın Nizami rayonunda iki sərnişin avtobusu toqquşub. Musavat.com-un məlumatına görə, hadisə "Neftçilər" metrostansiyasının yaxınlığında baş verib.

Belə ki, 50 və 35 saylı marşrut avtobusların toqquşması nəticəsində hər ikisi yararsız vəziyyətə düşüb.

Həmçinin marşrutların sərnişinləri ciddi şəkildə zədələniblər. Ona yaxın yaralının olduğu bildirilir. Hadisə yerinə iki polis və iki təcili yardım maşını gəlib və yaralılara ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıblar. Hadisə şahidləri isə təcili yardım maşınlarının gec gəlməsindən şikayətləniblər.

----------
11:46

Bakının Nizami rayonu ərazisində ağır qəza baş verib. Milli.Az Day.Az saytına istinadən bildirir ki, hadisə "Neftçilər" metrostansiyasının yaxınlığında, "8-ci km" bazarı istiqamətinə gedən yolda baş verib.

Milli.Az


----------
11:47

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.