"Jiquli" dərəyə yuvarlandı, yaralılar var - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şirvan rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ağır yaralanıb.
Xəsarət alanların hamısı bir avtomobildə olublar. Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi ötən gün Şirvan şəhəri 1 May küçəsində qeydə alınıb. Belə ki,yola çıxmaq istəyən Bakı şəhər sakini Zamiq Əliyev idarə etdiyi "Chevrolet Niva" markalı avtomaşını ilə Sabirabad istiqamətində hərəkətdə olan 1974-cü il təvəllüdülü Sabirabad sakini Şahlar Tapdıqovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən Zamiq Əliyevin idarə etdiyi avtomobil 20 metr ətrafa, yol kənarındakı dərəyə yuvarlanıb. Avtomobilin içərisində olan sərnişinlər, Şirvan sakini Nağıyeva İlahə Qabil qızı, Sabirabad rayon Yaxa Dəllək kənd sakinləri Rəhmətova Mənsurə Heydər qızı və Tapdıqova Elmirə Heydər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, sürücü Zamiq Əliyevin vəziyyəti ağır olduğundan o dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralıların vəziyyəti isə qənaətbəxşdir.
Qeyd edək ki, hadisə nəticəsində yolun kənarındakı qaz borusu yerindən tərpənsə də, xoşbəxtlikdən hər hansı bir partlayış hadisəsi baş verməyib. İlkin ehtimala görə qəzanın baş verməsinə səbəb hər iki sürücünün sürət həddini aşması göstərilir. Hazırda faktla bağlı Şirvan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
-----------
13:41
Şirvan şəhəri ərazisində 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Anspress-in verdiyi məlumata görə, hadisə Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci km-də 1 May küçəsində qeydə alınıb.
Sabirabad istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qarşıdan gələn "Chevrolet Niva" markalı avtomobillə toqquşub. Zərbə nəticəsində "Jiquli" yoldan çıxaraq dərəyə yuvarlanıb. Digər avtomobil isə yol kənarındakı qaz borularına çırpılaraq dayanıb.
Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü 39 yaşlı Şahlar Tapdıqov, sərnişinlər 58 yaşlı Elmira Tapdıqova, 43 yaşlı Mənsurə Raxmatova və 32 yaşlı İlahə Nağıyeva müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirib. Hadisənin hansı sürücünün səhvi üzündən baş verməsi polis tərəfindən araşdırılır.
Milli.Az
XƏBƏR LENTİ
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu











