"By Ruslan Pizza" restoranının fəaliyyəti dayandırılıb.
Milli.Az xəbər verir ki, bu barədə restoranın qurucusu özü məlumat verib.
Onun sözlərinə görə, biznesə sonradan ortaq olan şəxslər ona həm mənəvi, həm də maddi zərər vurublar.
İş sahibinin sözlərinə görə, edilən hədə-qorxulara tab gətirməsinin səbəbi ailəsinin stress yaşamaması ilə bağlıdır.
"Əziyyətlə qurduğum işimə sonradan ortaq etdiyim şəxslər mənə mənəvi və maddi zərərlər vurdular. Eldəniz Mustafayev, Hüseyn Orucov, Neyman Mehdizadə yüksək vəzifəli məmurların adından istifadə edib biznesimi əl qoydular".
Mina Mikayılova
Milli.Az





