Hadisə, Kriminal

Özünü erməni kimi təqdim edən azərbaycanlı tutuldu

6 May 2010 10:34
Baxış: 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Rosbalt" agentliynə istinadən xəbər verir ki, Həştərxan Daxili İşlər İdarəsinin məlumatına görə, o, Azərbaycanda xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

Arif Musayev Həştərxan vilayətində qeydiyyata düşmək və Rusiya vətəndaşlığı almaq istəyərkən həbs edilib. Məlum olub ki, o, Rusiyanın müxtəlif şəhərlərində müxtəlif ad-soyadlar və paspotlarla yaşayıb. Arif Musayev Azərbaycanda imkanlı adamları aldadıb. O, söz verib ki, Rusiyadan çörəkbişirmə və qənnadı sexləri üçün avadanlıq gətirəcək, 6-10 min dollar pul alıb və itib. 2001-ci ildə onun barəsində axtarış elan edilib.

Arif Musayev özünə əsl sənəd və ad arxivi yaradıb. O, 1990-cu ildə Azərbaycanda SSRİ pasportu, Sovet İttifaqı dağıldıqdan sonra isə Azərbaycan Respublikasının ümumvətəndaş pasportunu alıb. 1995-ci ildə Rostov vilayətində olan Arif Musayev hüquq-mühafizə orqanlarına sənədlərini itirməsi ilə bağlı dəfələrlə müraciət edib. O, yeni pasportuna bir sıra yalan məlumlar yazdırıb. Bir il sonra isə o, sənədlərini növbəti dəfə itirib və artıq Arif Musayev kimi yox, Artur Sarkisyan kimi pasport alıb.

Sonralar yenidən Azərbaycana qayıdan Arif Musayev 2006-cı ildə bir daha saxta sənədlərlə Rusiyaya gedib. Lakin sənədlər aşağı səviyyədə saxtalaşdırılıb və "Qafqaz" federal magistralındakı buraxılış məntəqəsində bu fakt aşkarlanıb. Arif Musayev sənədlərin saxta olduğunu etiraf edib və Artur Sarkisyanın adına olan başqa sənəd təqdim edib. O, bu adla da sənədlərin saxtalaşdırılmasına görə məsuliyyətə cəlb olunub.

Arif Musayev həbsdən buraxıldıqdan sonra Həştərxanda yaşamaq və Rusiya vətəndaşlığı almaq istəyib. O, bu məqsədlə Federal Miqrasiya Xidmətinə müraciət edib. Bu vaxtadək isə o axtarışda olub və fotosu İnterpolun məlumatlar bazasına daxil edilib. Əməliyyatçılar Arifi Federal Miqrasiya Xidmətinin binasının dəhlizində həbs ediblər. Lakin saxlanılan bildirib ki, Arif Musayevi tanımır. O, milis əməkdaşlarına deyib ki, Azərbaycandan siyasi motivlərlə qovulub. Belə ki, sonradan Artur Sarkisyana çevrilmiş Arif Musayev bəyan edib ki, o, əslində ermənidir və Azərbaycanda təzyiqlərə məruz qalıb. Lakin Musayev-Sarkisyanın bu hiyləsi keçməyib. Çünki İnterpolda onun Azərbaycanda aldatdığı şəxslərin ifadələri və şübhəlinin fotoları olub.

Hazırda Arif Musayevin Azərbaycana ekstradisiyası ilə bağlı iş aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.