Kriminal

İmişli sakinindən 2,2 kq narkotik vasitə götürülüb

25 Oktyabr 2021 07:22
0 Şərh     Baxış: 1 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İmişli rayon polis şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Rəsullu kənd sakini, əvvəllər məhkum olunan Nahid Zaman oğlu Əzizovun evinə baxış zamanı oradan 54 qramdan artıq heroin, 4 qramdan artıq tiryək, 9 qrama yaxın metamfetamin və 2 kiloqram 251 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, N.Əzizovun evində qonaqları- əvvəllər məhkum olunmuşlar Sənan Pəhləvan oğlu İsmayılovun və Cabbar Tahir oğlu Cabbarlınının üzərilərinə baxış zamanı onlardan narkotik vasitə olan heroin götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.