Kriminal

Baş redaktorun döyülməsi ilə bağlı DİN-dən açıqlama

20 Fevral 2021 15:21
Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün axşam saatlarında "hakimiyyet.az" saytının baş redaktoru Fuad Əliyev naməlum şəxslər tərəfindən döyülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, F. Əliyev şəxsi avtomobili ilə Heydər Əliyev prospektində tanımadığı şəxslər tərəfindən saxlanılaraq hücuma məruz qalıb.

Nəticədə baş redaktor müxtəlif bədən xəsarətləri alıb, onun avtomobilinə isə ziyan dəyib

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb, faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.