Kriminal

Şəkidə kirayə qaldığı evdən oğurluq edən şəxs saxlanılıb

12 Mart 2020 19:49
0 Şərh     Baxış: 1 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ilin dekabr ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın evindən qızıl-zinət əşyalarının və bank kartının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 27 yaşlı Asif Mustafayev saxlanılıb.

O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, həmin oğurluğu Şəkidə qadının evində kirayə qaldığı zaman etdiyini, daha sonra oğurladığı qızılları dəyərindən ucuz qiymətə Bakı şəhərində satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.