Kriminal

Qətlə yetirilən beş uşaq anası Gülnazı dəfn edən tapılmır

7 Fevral 2020 14:10
6 Şərh     Baxış: 8 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ufa şəhərində qətlə yetirilmiş 31 yaşlı çoxuşaqlı ana Gülnaz İ. kimsəsizlər məzarlığında dəfn edilə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qətli törədən şəxs Gülnazın birinci həyat yoldaşıdır.

Belə ki, qadın birinci nikahdan dünyaya gətirdiyi iki uşağını görmək məqsədilə ayrıldığı şəxsin evinə yollanıb. Bu zaman tərəflər arasında mübahisə düşüb və içkinin təsiri altında olan kişi qadını bıçaqla qətlə yetirib.

Polis cinayəti törədən şəxsi saxlayıb. Qətlə yetirilən qadının cəsədi şəhərin morquna yerləşdirilib. Məlum olub ki, qadın ikinci nikahdan dünyaya gətirdiyi üç uşağın atasından da ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.