Kriminal

Bakıda məşhur restoran soyuldu

3 Fevral 2020 17:58
0 Şərh     Baxış: 3 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai Rayon Polis İdarəsinin əməkdaşları Nobel prospektində yerləşən məhşur "Bəh-Bəh" restoranında baş verən oğurluq hadisəsini araşdırır.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından daxil olan məlumatda bildirilir.

Fevralın 2-də restoranın sahibi Vaqif Bağırov polisə naməlum şəxslərin pəncərədən restorana daxil olduğunu bildirib. Cinayətkarlar kiçik bir seyfi açaraq, restoran işçisi İlfan Yusifova məxsus 3400 manat pulu oğurlayıblar.

İlkin istintaq zamanı əməliyyatçılar oğurluqda şübhəli bilinənlərdən birinin şəxsiyyətini müəyyənləşdiriblər. Onun 18 yaşlı R.D. olduğu məlum olub. Həmin şəxs hələ saxlanılmayıb. Bu istiqamətdə tədbirlər davam edir.

Əməliyyatçılar oğurluqda iki nəfərdən artıq şəxsin iştirak etdiyini təxmin edirlər. Hadisə yerindən oğruların barmaq izləri olan pivə və mineral su şüşələri götürülüb. Bundan əlavə, şübhəli şəxslərin ərazidə quraşdırılmış müşahidə kameralarına düşdükləri də məlum olub.

Faktla əlaqədar istintaq davam edir.

Elə həmin gün Xəzər rayonunun Mərdəkan kəndində mənzildən külli miqdarda oğurluq olub. 35 yaşlı Bəhruz Səfərovun evindən 10 min ABŞ dolları oğurlanıb. Cinayətin üstü hələ açılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.