“Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” - İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakırköydə azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirovla sürücüsü Barış Aslanın məhkəməsi olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmədə Dəmirovla Aslan vəkilləri ilə birlikdə, E.İsmayılovun atası İlyas İsmayılov, jurnalist Sevil Nuriyevanın vəkili də iştirak ediblər.
Dəmirov ifadəsində "Etimad söhbət etdiyimiz yerdə qəfil ayağa qalxdı, əlini cibinə apardı. Mən isə ehtiyat üçün özümlə götürdüyüm silahla ona atəş açdım. Əlindəkinin telefon olduğunu sonradan gördüm. Başqa yolum yox idi. Atası burdadır. Azərbaycanın ən hörmətli insanlarından biridir. Ondan üzr istəyirəm. O da Etimadın necə insan olduğunu bilir. Peşmanam, kaş belə hadisə olmayayadı" deyib.

İlyas İsmayılov isə Gözəl Dəmirovdan şikayətçi olduğunu bildirib:
"Türkiyənin ədalətinə güvənirəm. Oğlum onun dediyi kimi biri deyildi. Sözünün üstündə duran, mərd, dürüst biri idi. Öz pulu ilə Somalidəki uşaqlar üçün su quyusu qazdırmışdı. Müqavilələr imzalayarkən uşaq evlərinə pul yardımı şərtini irəli sürürdü. Gözəl mənə deseəydi, oğluma xəbərdarlıq edərdim. O, mənim bir sözümü iki etməzdi".

S.Nuriyevanın vəkili də müttəhimdən şikayətçi olduqlarını bildirib.
Məhkəmə Gözəl Dəmirovun həbsinin davamına, Barış Aslanın isə ölkə xaricinə çıxmaq qadağası və hər gün ən yaxın polis idarəsində imza verməsi şərti ilə sərbəst buraxılmasına qərar verilib.
Qeyd edək ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun hazırladığı iddianamədə Gözəl Dəmirovun "qəsdən adam öldürmə", "qanunsuz silah daşıma və istifadə etmə" maddələri ilə ömürlük həbsi tələb edilir.
Barış Aslan haqqında isə "qəsdən adam öldürməyə yardım etmə", "qanunsuz silah daşıma və ya istifadə etmə" maddələri üzrə 16 ildən 23 ilədək həbs ittihamı irəli sürülüb.

Xatırladaq ki, Etimad İsmayılov 2018-ci il sentyabrın 19-da Bakırköydəki ofisində silahla öldürülüb. Onun qatili - DİN-in keçmiş idarə rəisi Gözəl Dəmirov hadisəni 4 milyonluq sənəd borcu üstündə törədib. O, daha əvvəlki ifadəsində Etimadın onu pulu ödəməyəcəyi təqdirdə nəvəsini öldürməklə hədələdiyini və qətli bu səbəbdən törətdiyini bildirmişdi.
E.İsmayılov jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyasının sədri və Azərbaycanın ilk Ədliyyə naziri İlyas İsmayılovun oğludur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Rus model sevgilisi tərəfindən vəhşicəsinə döyüldü – Kəllə sümüyünün yarısını itirib - (Fotolar)
XƏBƏR LENTİ
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi





