Kriminal

Sumqayıtlıdan ofisiant işləyən arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT

12 Sentyabr 2019 20:09
7 Şərh     Baxış: 8 024

Kürdəmir rayonunda arvadını bıçaqlamaqda təqsirli bilinən Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Anar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Anar Babayev 11 noyabr 2018-ci il tarixdə, saat 11 radələrində kirayədə yaşadığı Kürdəmir rayonunda, fərdi yaşayış evinin həyətində arvadı Dürsədəf Babayeva ilə mübahisə edib.

Ər-arvad arasında yaranan mübahisəyə səbəb sonununcunun kafedə işləməsi olub. O, hadisədən əvvəl arvadına kafedə ofisiant işləməsini qadağan edib. Amma qadın ərinin sözünə əhəmiyyət verməyib və kafedə işləməyə davam edib.

Hadisə vaxtı sərxoş olan Anar Babayev arvadı ilə mübahisə edib, o, arvadına bir neçə bıçaq xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Anar Babayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Mehdixan Abdullayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Anar Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Anar Babayev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.

Anar Babayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Anar Babayevin şikayəti qismən təmin olunub və onun cəzası 2 ilə qədər endirilib.

Milli.Az 

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    /// · 12 Sentyabr 20:1333

    Yaxsi Kisi olaydin qoymazdin xanimin,afsiant islesin.Canin cixib ailene baxa bilmirdin cammatin balasin niye bedbext etdin

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Sentyabr 21:4982

    Şerti ceza ile 3 il veribler nedi ki?, Yalniz ölüm olanda coxx verirler işi bu ne edalet .2 cisi de sene deyir isleme islemede qadin nedi ofisiant islemek nedi qoy cani cixsin saxlasin daa

    Cavab yaz
  • Anonim
    DÛRRE · 13 Sentyabr 01:2410

    Weytan emelidi nehlet weytana

    Cavab yaz
  • Anonim
    DÛRRE · 13 Sentyabr 01:2400

    Nehlet weytana

    Cavab yaz
  • Anonim
    Eynur · 13 Sentyabr 03:3330

    Eker sohbet ne olur olsun kiwi olan bende hec vaxd ickili olan harda sohbet elemez ayiq vaxdi sozunu deyer birde onu deye bilirem ki yaxwi arvad kiwin sozunu ewider eker kiwi kiwidise

    Cavab yaz
  • Anonim
    vus · 13 Sentyabr 14:2210

    arvadın axırı nə oldu? öldümü, qaldımı? Bəzi kişilər deyir ki, oturum evdə, arvadımda otursun evdə. Aradabir təpə-qapaz edim ki, esebiyəm. Uşqalar da sifariş versinlər ki, bəs, ay mama bunu bişir, bunu al geyinək. Hələ gəzməyə də gedək.

    Cavab yaz
  • Anonim
    vus · 13 Sentyabr 14:2310

    kim ofisiant işləmək üçün evdə dava salar ki? Əgər pis yolun yolçusudursa, onu ofisiant işləmədən də etmək olur. Kişicik qeyrətinə sığışdırmayıb

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.