Kriminal

Ağstafada dəhşət: 25 yaşlı oğlan 4 nəfəri güllələdi - YENİLƏNİB - FOTO

17 İyun 2019 12:15
33 Şərh     Baxış: 15 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:15

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayəti törədən 1994-cü il təvəllüdlü Elnur Süleymanovdur. Ölənlərdən 3-nün şəxsiyyəti məlumdur: 

Musayev Şəmiddin

Musayev Novruz

Musayeva Şərqiyyə 

--------
11:31

Ağstafanın Sadıxlı kəndində dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən 25 yaşlı yeniyetmə qan davası üstündə 4 nəfəri silahla qətlə yetirib. Ölənlərdən biri 1977-ci il təvəllüdlü, digəri 1984-cü il il təvəllüdlüdür. Üçüncü şəxs isə qətlə yetirilənlərdən birinin anası olub.

Öldürülən digər şəxsin təsadüfən hadisə yerində olduğu və aldığı güllə yarasından öldüyü bildirilir. Cinayəti bazarda insanların arasında törədən yeniyetmə hadisədən sonra qaçıb.

Qeyd edək ki, qətlə yetirilənlər həbsdən yeni azadlığa buraxılıblar. Onlar illər əvvəl torpaq üstündə qeyd edilən 16 yaşlı gəncin atasını və əmisini öldürüblər.

----------
11:26

Ağstafa rayonunda kütləvi dava olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük - Kəsik kəndində qeydə alınıb.

Kütləvi dava zamanı 3 nəfər qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb. Bildirilir ki, dava nəsillər arasında davam edən uzun müddətli münaqişədən qaynaqlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.