Kriminal

Tanışının evinə qonaq getdi, arvadını zorladı... - Azərbaycanda ŞOK OLAY

12 Mart 2019 18:44
8 Şərh     Baxış: 7 788

Tovuz rayonunda zorlama hadisəsində təqsirli bilinən 1982-ci il təvəllüdlü Şəhriyar Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Şəhriyar Məmmədovun tanışı Masallı rayon sakini Əli Babayev 4-5 il əvvəl Tovuz rayonunun Əyyublu kəndində yerləşən evinə qonaq gəlib.

Arvadından xəbər aldı, tanışını kəndə çağırdı

Həmin vaxt Əli Babayev Şəhriyarın evində qonaq qalarkən onun arvadı Samirə ilə zorla cinsi əlaqədə olub. Bu hadisədən 4-5 il ötəndən sonra Samirə təcavüzə məruz qalması barədə ərinə danışıb.

Arvadının tanışı tərəfindən təcavüzəm məruz qaldığını öyrənən Şəhriyar Əli Babayevi fəhlə kimi kartof çıxarıb, pul qazanmaq adı ilə yaşadığı kəndə çağırıb. Əli Babayev də onun təklifini qəbul edib və işləmək məqsədilə Tovuz rayonuna gəlib.

Tanışını qaynı ilə birlikdə qarşıladı

Şəhriyar qaynı Sadiq ilə birlikdə Əlini kənddə qarsalayıblar, sonra onu Sadiqin idarə etdiyi "QAZ-330210" markalı avtomobilə mindiriblər.

Daha sonra yeznə-qayın Əlini Əyyublu kəndi ərazisində yerləşən "Qarasuyun başı" adlanan kimsəsiz, boş ərazidə yerləşən dərəyə gətiriblər. Orada Əlini avtomobildən düşürüblər.

Dərədə dava

Orada Şəhriyar Sadiq ilə birlikdə Əlini yumruqla, təpiklə və ağac parçası ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurublar. Əli çoxsaylı xəsarətlər alıb.

Daha sonra Şəhriyar qaynı ilə birlikdə Əlinin əl-ayaqlarını kəndirlə bağlayıblar. Sonra onu yerə uzadaraq müqavimətini qırdıqdan sonra şalvarını aşağı çəkiblər.

Dərədə zorakılıq

Bu zaman Sadiq Əlinin bağlı ayaqlarını tutub, Şəhriyar isə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Onlar sonra Əliyə qarşı digər seksual xarakterli hərəkətlər ediblər.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

5 il həbs

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti veriblər. Onlar barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyiblər.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Şəhriyar Məmmədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə Şəhriyar Məmmədovun kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim sonda qərar elan edib. Bu yaxınlarda açıqlanan qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Heyat · 12 Mart 20:1620

    Qadinin k

    Cavab yaz
  • Anonim
    Heyat · 12 Mart 20:2438

    Qadinin konlu olmasaydi kiwi sicramazdi.Goresen sebeb ne imiw ki 4-5 ilden sonra erciyezine xeberleyib?Guya erle qayin ne etdiler ki? Su axar cuxurunu tapar.2 nefer qeyret dagarcigi getdi iceri bu birisinin de alnina damga vuruldu arvad da babali boynuna ureyi isteyende kefini cekecek illerden sonra da adini qoyacaq ki meni evimin icinde zorladilar.Ding ding dingildeyib babali oz boynuna qonaq adiyla eve giren de nakiwilik edib sonu da belli.

    Cavab yaz
    • Anonim
      Miq_miq · 13 Mart 02:0000

      Belke nece ildir ichi ichini yeyir, axir dile getire bilib, bilmek olmaz. Bilmeden dash atmaq asandir. Qadin uchun en agirdir mence istemeden ona sahiblenme. Belke heqiqeten oz konlu olub, amma bunun adi zorlama olmur.

      Cavab yaz
  • Anonim
    hesen · 12 Mart 20:5556

    Özde harda Tovuzda oglanin qeti gunahi yoxdur gelinin oz fikiri ile bu iw alinib.100%

    Cavab yaz
    • Anonim
      . · 13 Mart 13:2400

      gunahsizdirsa bele en azi etdiyini buldu

      Cavab yaz
  • Anonim
    !!! · 12 Mart 21:07101

    Gerek o nakiwi qonaga da iw vereydiler!

    Cavab yaz
  • Anonim
    mamed · 13 Mart 09:1450

    kisi ile qadinin agli olsa oz dost tanislarini eve aparmazlar.ne var ne var dostum refiqemdi.eyleleri isi batirida

    Cavab yaz
  • Anonim
    Qaqa · 13 Mart 14:3400

    gewwey. Super

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.